Mobil versiya
Diyarbəkirdə övlad vəhşiliyi: Valideynlərini öldürdü
Tarix: 25-02-2025 | Saat: 19:13
Bölmə:Özəl | çapa göndər

Diyarbəkirdə övlad vəhşiliyi: Valideynlərini öldürdü

Diyarbakırın Kulp rayonunda M.A. (25) adlı şəxs anası Fənər Ateşi (70) və atası Necat Ateşi mübahisədən sonra öldürüb.
Vəhşilik səhər saatlarında Kulp rayonunun Turqut Özal səmtində baş verib.
Psixoloji problemləri olduğu deyilən M.A naməlum səbəbdən valideynləri ilə mübahisə edib. M.A yanında olan silahla anası Fənər və atası Necat Ateşi vurub. Xəbər üzərinə hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib.

Nəzarət zamanı Fənər Ateşin öldüyü müəyyən edilib, sinəsindən güllə yarası alan Necat Ateş isə təcili yardımla Dr. Abdullah Biroğlu Dövlət Xəstəxanasına aparılıb. Oradan Dəclə Universiteti Xəstəxanasına köçürülən Necat Ateş də həyatını itirib. Şübhəli polisə təslim olub.

Hadisə ilə bağlı istintaq davam edir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-02-2025