"İmkanlı ailələrdə çətin həyat şəraitində olan şəxslər var" - Şöbə müdiri
Tarix: 25-02-2025 | Saat: 12:41
Bölmə:Ölkə | çapa göndər

"İmkanlı ailələrdə kifayət qədər çətin həyat şəraitində olan şəxslər var".
aia.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.
Nazirlik rəsmisi bu kateqoriyadan olan şəxslərin necə təyin olunması məsələsinə də aydınlıq gətirib: “Nazirliyin göstərdiyi xidmətlərin 90%-dən çoxu elektronlaşdırılıb. Ona görə də çətin həyat şəraitində yaşayan insanları proaktiv qaydada təyin etmək mümkün olmur. Sosial Xidmət Agentliyinin hər bir iqtisadi rayonda filialı və nümayəndəliyi var. Bəzi məlumatlar təəssüf ki, hələ də elektron sistemdə yoxdur. İmkanlı ailələrdə kifayət qədər çətin həyat şəraitində olan şəxslər var. Ona görə bu şəraitə düşən şəxslərin bizə müraciət etməsi lazımdır".
Şöbə müdiri qeyd edib ki, nazirlik ödənişli sosial xidmət həyata keçirmir: “Müvafiq qaydalarla ödənişli xidmətin göstərilməsi qaydası və tarifləri olsa da, 2011-ci ildən bu günə kimi ödənişli sosial xidmət üçün müraciət edən olmayıb”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-02-2025