"Azərbaycan – Pakistan münasibətlərinin yeni mərhələsi" - DEPUTAT
Tarix: 25-02-2025 | Saat: 15:51
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycanın həyata keçirdiyi xarici siyasətin ən mühüm xüsusiyyətlərindən biri dünya miqyasında qarşılıqlı faydalı və səmimi münasibətlər qurmaq bacarığıdır. Prezident İlham Əliyevin bu konsepsiya ölkəmizin ətrafında hər birinin qarşılıqlı hörmət, bərabərlik və ümumi maraqlara əsaslanan özünəməxsus yanaşmasına malik dostlar, müttəfiqlər və tərəfdaşlar dairəsinin formalaşmasına öz töhfəsini verir. Azərbaycanın qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkələrdən biri də qardaş Pakistandır. İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir. Uzun illər boyu bu münasibətlər siyasi, iqtisadi, hərbi, mədəni-humanitar və digər sahələrdə, parlamentlər səviyyəsində inkişaf edərək daha da dərinləşmişdir. Artıq bu əməkdaşlıq regional səviyyədə də əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev fevralın 24-də Bakıda Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşü zamanı qeyd etdiyi kimi: “Azərbaycan ilə Pakistan arasındakı əlaqələr təkcə xalqlarımız üçün deyil, həm də təmsil etdiyimiz regionlar üçün çox vacibdir”. Həm Azərbaycan, həm də Pakistan öz regionlarında qeyri-adi rol oynayır və onların tərəfdaşlığı bu əməkdaşlığın sərhədlərini qonşu ölkələrə qədər genişləndirir, qarşılıqlı fəaliyyət üçün əlverişli mühit yaradır. Adətən, iqtisadiyyat siyasəti formalaşdırır, lakin Azərbaycan və Pakistan timsalında siyasi əlaqələr çox yüksəkdir və iqtisadi tərəfdaşlıq indi onların səviyyəsinə çatmalıdır. Pakistanın baş nazirinin Bakıya budəfəki səfərinin məqsədlərindən biri də iqtisadi əməkdaşlığın daha da gücləndirilməsidir. Elə fevralın 24-də Bakıda Azərbaycan-Pakistan biznes forumunun keçirilməsi də bunun əyani sübutudur.
Ölkə başçımız mətbuat verdiyi bəyanatında bildirdi ki: “ Azərbaycanın Pakistan iqtisadiyyatına iki milyard ABŞ dolları sərmayə yatırmaq planları var. Biz bir neçə ay əvvəl Pakistan tərəfindən konkret layihələri aldıq və Azərbaycan nümayəndələri onları hazırda qiymətləndirir. Bir sözlə, bu gün düşünürəm ki, qardaşımla birgə çox mühüm, eyni zamanda, çox realist hədəfləri müəyyən etdik: bir ay ərzində bütün müzakirələr yekunlaşsın və aprelin əvvəlində sənədlər imza üçün hazırlansın. Həmin layihələr həm infrastrukturun inkişaf sahələrini, həm energetika, mədən işi və ola bilsin, digər sahələri əhatə edir”.
Prezident İlham Əliyevin ötən il İslamabada səfəri zamanı 15 ikitərəfli sənəd imzalanıb. 2025-ci il fevralın 24-də hər iki dövlət başçısının iştirakı ilə müxtəlif sahələrdə Azərbaycan-Pakistan əməkdaşlığı üçün müqavilə bazasının formalaşdırılması davam etdirildi. İmzalanmış ondan çox sənəd dövlət neft şirkətlərinin qarşılıqlı fəaliyyətinə, mayeləşdirilmiş təbii qazın və neft məhsullarının alqı-satqısına aiddir. Naxçıvan və Lahor şəhərləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu, kənd təsərrüfatı, gömrük, ekologiya və s. sahələrdə əməkdaşlığa dair sənədlər imzalandı.
Bakıda müzakirə edilən məsələlərin mühüm hissəsini müdafiə sektorunda, o cümlədən müdafiə sənayesində əməkdaşlıq təşkil etmişdir. Azərbaycan artıq Pakistandan müdafiə sənayesi avadanlıqları alır . Prezident İlham Əliyev vurğuladı ki: “ Azərbaycan Pakistandan müdafiə sənayesinin istehsal etdiyi avadanlığı artıq alıb və biz onun keyfiyyətindən çox razıyıq və birmənalı olaraq, bu işi davam etdirəcəyik. Eyni zamanda, biz müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanlarını müzakirə etdik və bu, əməkdaşlığımızın digər mühüm sektoru olacaq”.
İki ölkə arasında eyni dərəcədə vacib əməkdaşlıq sahəsi nəqliyyat və logistikadır. Bu əməkdaşlığın vacibliyini siyasi sabitliyin mühüm amili kimi dəyərləndirən cənab İlham Əliyev bildirdi ki: “Əlbəttə ki, bu, bağlantı və daşımaların, iqtisadi inkişafın, o cümlədən siyasi sabitliyin mühüm elementidir. Bir-birinə yaxın yerləşən ölkələr bu cür çoxtərəfli əməkdaşlıq formatında iştirak etdiyi zaman vəziyyət bizim regionlarda daha proqnozlaşdırılan olur. Bu, həmçinin regional sabitliyin mühüm meyarıdır”.
Məhəmməd Şahbaz Şərifin Bakıda keçirilən görüşdə vurğulayıb ki, Pakistanda bütün siyasi partiyalar bir neçə məsələdə yekdildirlər. Bu məsələlərdən biri də Pakistan və Azərbaycan arasındakı dostluqdur. Bu, Pakistandakı bütün təbəqələr tərəfindən dəstəklənir və bu da bizə böyük məmnunluq hissi verir. Bunların hamısı əminliklə deməyə əsas verir ki, Azərbaycan-Pakistan strateji tərəfdaşlığı uğurla inkişaf edir, dostluq münasibətləri daha da möhkəmlənir.
Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər