Mobil versiya
Zelenskinin səlahiyyətləri uzadıldı - Ali Radadan qərar
Tarix: 25-02-2025 | Saat: 14:35
Bölmə:Karusel / Dünya | çapa göndər

Zelenskinin səlahiyyətləri uzadıldı -

Ukrayna Ali Radası ikinci cəhddə prezident Volodimir Zelenskinin yeni lider seçilənə qədər səlahiyyətlərini icra etməli olduğunu tanıyan qətnaməni dəstəkləyib.

aia.az xəbər verir ki, bu barədə ukraynalı parlamentari Yaroslav Jeleznyak özünün "Telegram" kanalında yazıb.

Jeleznyak qeyd edir ki, Zelenski yeni seçilmiş prezident vəzifəyə başlayana qədər öz səlahiyyətlərini yerinə yetirməlidir.

***13:17

Ukrayna Ali Radası ölkə prezidenti Volodimir Zelenskinin səlahiyyətlərinin uzadılmasına dair qətnaməyə yenidən baxacaq.

aia.az xəbər verir ki, bu barədə ukraynalı parlamentari Yaroslav Jeleznyak məlumat yayıb.

Onun sözlərinə görə, Ali Radanın Ukrayna liderinin səlahiyyətlərinin “Ukraynanın yeni seçilmiş prezidenti vəzifəyə başlayana qədər” uzadılmasına dair qətnaməsi səsvermədən keçə bilməyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-02-2025