Ana Sayfa > Özəl > Diyarbəkirdə övlad vəhşiliyi: Valideynlərini öldürdü
Diyarbəkirdə övlad vəhşiliyi: Valideynlərini öldürdüDünən, 19:13. Yazar: sevinc1 |
![]() Diyarbakırın Kulp rayonunda M.A. (25) adlı şəxs anası Fənər Ateşi (70) və atası Necat Ateşi mübahisədən sonra öldürüb. Vəhşilik səhər saatlarında Kulp rayonunun Turqut Özal səmtində baş verib. Psixoloji problemləri olduğu deyilən M.A naməlum səbəbdən valideynləri ilə mübahisə edib. M.A yanında olan silahla anası Fənər və atası Necat Ateşi vurub. Xəbər üzərinə hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib. Nəzarət zamanı Fənər Ateşin öldüyü müəyyən edilib, sinəsindən güllə yarası alan Necat Ateş isə təcili yardımla Dr. Abdullah Biroğlu Dövlət Xəstəxanasına aparılıb. Oradan Dəclə Universiteti Xəstəxanasına köçürülən Necat Ateş də həyatını itirib. Şübhəli polisə təslim olub. Hadisə ilə bağlı istintaq davam edir. aia.az Tərcümə şöbəsi Geri dön |