Mobil versiya
Kreml Ukraynaya sülhməramlıların yerləşdirilməsi ilə bağlı bəyanatlara münasibət bildirib
Tarix: 25-02-2025 | Saat: 14:51
Bölmə:Özəl | çapa göndər

Kreml Ukraynaya sülhməramlıların yerləşdirilməsi ilə bağlı bəyanatlara münasibət bildirib

Kreml rəsmisi Dmitri Peskov Rusiyanın guya Ukraynada sülhməramlıların yerləşdirilməsinə qarşı olmayacağı ilə bağlı açıqlama verib. Bu barədə RİA Novosti məlumat yayıb.Siyasətçinin sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov artıq bu məsələ ilə bağlı danışıb.


“Mənim buna əlavə edəcəyim və şərh edəcəyim heç nə yoxdur”, - Kreml rəsmisi bildirib.

Daha əvvəl Peskov bildirib ki, Amerika Birləşmiş Ştatlarının Ukrayna münaqişəsi ilə bağlı mövqeyi Avropa İttifaqı ölkələrindən fərqli olaraq balanslaşdırılmışdır. O, Moskvanın Vaşinqtonun bu davranışını alqışladığını vurğulayıb.

aia.az
Təcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-02-2025