“İnsan amili, onun hüquq və azadlıqları Azərbaycanın Konstitusiyasının əsas diqqət mərkəzində dayanır” - Komitə sədri
Tarix: 25-02-2025 | Saat: 11:12
Bölmə:Karusel | çapa göndər

Müasir dövlət quruculuğu və xalqın rifahı Azərbaycanda suverenlik və dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi üçün zəmindir. Ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də məhz bu prinsiplərin tarixi əhəmiyyətini, eləcə də gələcəyə yönəlik strateji mahiyyətini ön plana çıxarır.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi, professor Hicran Hüseynova bildirib ki, bu il Azərbaycan dövlətçiliyi və xalqı üçün xüsusi əhəmiyyətə malik tarixi hadisələrin növbəti ildönümünü qeyd ediləcək.
Hicran Hüseynova: “Bakıda bir qrup qadının keçirdiyi aksiya populist xarakter daşıyır və siyasi maraqlar güdülür”
H.Hüseynov xatırladıb ki, 30 il əvvəl, 1995-ci il noyabrın 12-də ilk dəfə olaraq müstəqil Azərbaycan Respublikasının əsas qanunu olan Konstitusiya hazırlanaraq ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilib: “Beş il əvvəl isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 30 ilə yaxın davam edən erməni işğalına son qoyaraq ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa etdi. Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi müstəqillik tariximizin ən vacib hadisələrindən biri olmaqla, eyni zamanda, dövlətçiliyimizin möhkəmləndirilməsi, o cümlədən ölkəmizin dünya birliyində nüfuzunun daha da artması baxımından əhəmiyyətli ictimai-siyasi hadisə idi. Dahi şəxsiyyət Heydər Əliyevin tarixi xidmətlərindən biri də ilk Konstitusiyanın hazırlanması idi. Ulu Öndər deyirdi: “Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik. Haqqım var, deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd-siyasi, hüquqi sənəd yaratmışıq”. Məlumdur ki, Konstitusiya dövlət hakimiyyətinin təşkilinin əsas prinsiplərini, insan və vətəndaş hüquq-azadlıqlarını, hakimiyyətlərin bölgüsü və digər demokratik dəyərləri özündə ehtiva edərək, həmçinin olduqca mühüm ideoloji funksiyanı yerinə yetirir. Bu baxımdan 1991-ci ildə ölkəmizdə dövlət müstəqilliyi bərpa edildikdən sonra hüquqi dövlət quruculuğu üçün mühüm amillərdən biri demokratik dəyərlərə əsaslanan yeni Konstitusiyanın qəbul edilməsi idi. Lakin məlum olduğu kimi, müstəqilliyin ilk illərində ölkədə mövcud siyasi qeyri-sabitlik, xaos və vahid siyasi iradənin mövcud olmaması bu mürəkkəb və məsuliyyətli vəzifənin reallaşdırılmasını qeyri-mümkün etmişdi. Məhz belə çətin tarixi dövrdə xalqın təkidli istəyi və tələbi ilə hakimiyyətə qayıdışından sonra ümummilli lider Heydər Əliyev öz müdrik siyasəti və tarixi uzaqgörənliyi ilə insanları milli dövlətçilik ideyası ətrafında birləşdirməyə nail oldu. Bununla da, dövlət və cəmiyyət həyatının bir çox sahələrini əhatə edən genişmiqyaslı islahatlar həyata keçirilməyə başlandı. O zamanlar ölkədə mövcud olan qanunvericilik sistemi hüquqi və demokratik dövlət ideyasının tələblərinə, qanunun aliliyinin təmin olunmasına uyğun olmamaqla, insan hüquq və azadlıqlarının müdafiəsinə kifayət qədər təminat vermirdi. Bu səbəbdən də öncə qanunvericilik sahəsində köklü islahatların aparılması artıq bir zərurətə çevrilmişdi. Əlbəttə ki, bu islahatları ölkənin əsas qanununu qəbul etmədən reallaşdırmaq qeyri-mümkün idi. Bu səbəbdən qarşıda duran ən vacib məsələlərdən biri məhz yeni Konstitusiya layihəsinin hazırlanması idi. Beləliklə, Milli Məclisin 1995-ci il 2 may tarixli qərarına əsasən, Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın tərkibi təsdiq olundu. Ulu öndər Heydər Əliyev Konstitusiya layihəsini hazırlayan Komissiyanın fəaliyyət göstərdiyi zaman əsas qanunun layihəsinə dair öz dəyərli fikirlərini bildirib və tövsiyələrini verib, hər bir müddəanı şəxsən nəzərdən keçirərək onun qəbul olunmasını təmin etmək üçün böyük əmək sərf edib. Beləliklə, yeni Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddə, preambula və keçid müddəalarından ibarət olmaqla 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilib, 1995-ci il noyabrın 27-dən isə qüvvəyə minib”.
Deputatın sözlərinə görə, Konstitusiyada insan və vətəndaş hüquqlarının və azadlıqlarının, ölkə vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olaraq müəyyənləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir: “Bu müddəa birbaşa onun göstəricisidir ki, insan amili, onun hüquq və azadlıqları ölkə Konstitusiyasının əsas diqqət mərkəzində dayanır. Azərbaycan Respublikasının Konstitusiyasında ailənin mahiyyəti, ailə üzvlərinin vəzifə və hüquqları xüsusi maddələrlə müəyyən edilib. Həmin sənədin 17-ci maddəsində göstərilir ki, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Bu, bir daha ailə institutunun dövlətimiz üçün nə qədər mühüm əhəmiyyət kəsb etdiyinin sübutudur. Dövlətimizin əsas sənədində ümumbəşəri dəyərlərlə milli dəyərlər harmoniya şəklində təqdim olunur. Yəni biz qanun aliliyi prinsipinə və milli adət-ənənələrimizə eyni münasibət bəsləyirik. Konstitusiyanın 34-cü maddəsində qeyd olunur ki, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ var. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə və ya ərə verilə bilməz. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Digər tərəfdən isə valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. Yəni valideynə hörmət, qayğı bu bizim mədəniyyətimizdir. Bu sənədin müddəaları əsas tutulmaqla 2000-ci ildə Ailə Məcəlləsinin qəbul olunması ilə ailə üzvlərinin digər hüquq və vəzifələri təsbit olunub. Həmin Məcəllənin 29-cu maddəsində qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar. "Ailə bizim cəmiyyətimizin əsas sütunudur" – Möhtərəm Prezident cənab İlham Əliyevin bu fikirləri Azərbaycan ailə institutunun nə qədər önəmli olduğunu bir daha vurğulayır. Ailə yalnız bioloji bağlarla deyil, mənəvi dəyərlərlə, sevgi, qayğı və qarşılıqlı anlayışla formalaşan bir sistemdir. Xüsusilə uşaqların və gənclərin düzgün yetişməsində valideynlərin rolu əvəzolunmazdır. Cənab Prezident İlham Əliyevin yeddinci çağırış Milli Məclisin ilk iclasında ailə dəyərlərinin qorunması və tərbiyənin əhəmiyyəti ilə bağlı səsləndirdiyi fikirlər dövlətimizin ailə siyasətinin prioritet istiqamətlərini bir daha təsdiqləyir. Ailə cəmiyyətin təməl daşı, milli kimliyimizin və mənəvi dəyərlərimizin daşıyıcısıdır. Uşaqların sağlam ruhda böyüməsi, milli-mənəvi dəyərlərə sadiq vətəndaş kimi yetişməsi üçün ailədə və məktəbdə aldıqları tərbiyə həlledici rol oynayır. Bununla yanaşı, cəmiyyətin ümumi mənəvi mühiti də bu prosesə birbaşa təsir göstərir. Dövlət başçımızın da qeyd etdiyi kimi, bu məsələ daim diqqət mərkəzində saxlanmalı və müvafiq qurumlar üzərlərinə düşən məsuliyyəti dərk etməlidirlər. Azərbaycan Respublikasının ali hüquqi sənədi olan Konstitusiyaya əsasən, dövlət hər bir insanın irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Konstitusiya qadın və kişilərin bərabər hüquqlarını, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququnu təmin edir. Məhz Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasında qadınların kişilərlə bərabərhüquqlu olması təsdiq edilib və qeyd edilib ki, ölkədə kişi ilə qadının eyni hüquq və azadlıqları vardır. Bununla da, demokratik cəmiyyət quruculuğunda qadınların iştirakının hüquqi bazası yaradılıb. Bu isə öz növbəsində ictimai-siyasi həyatımızın bütün sferalarında gender siyasətinin güclənməsinə gətirib çıxarıb. Qadın hüquqları həm qanunlar, həm də bir sıra məcəllələrlə (Ailə, Mülki, Əmək, Cinayət, İnzibati Xətalar və digər) təsbit olunub. Milli qanunvericiliyin əsasını təşkil edən Konstitusiyada qadın və kişilərin bərabər hüquqları təmin edilir. Bununla da, demokratik cəmiyyət quruculuğunda qadınların iştirakının hüquqi bazası yaradıldı. Qadın hüquqlarının qorunması üçün bir çox hüquqi- normativ aktlar, qanunlar təsdiqləmiş, mühüm sərəncam və fərmanlar imzalandı. Bu isə öz növbəsində ictimai-siyasi həyatımızın bütün sferalarında gender siyasətinin güclənməsinə gətirib çıxardı. 1998-ci ildə "Azərbaycanda qadınların rolunun artırılması haqqında", 2000-ci ildə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamları, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” 2006- cı il, “Məişət zorakılığının qarşısının alınması haqqında” 2010-cu ildə qəbul edilən qanunlar qadınların istənilən sahədə fəaliyyət göstərməsi üçün münbit şərait yaratdı. Bu qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verməyə başladı. Eyni zamanda, bir çox stereotiplərin qırılmasına səbəb olub. Xüsusilə, ana və uşaqların sağlamlığının mühafizəsi önəmli məsələlərdən biri idi. Ailədə sağlam uşaqların doğulması, eləcə də, narahatlıq doğuran məsələlərdən biri olan qan qohumluğunun qarşısının alınması istiqamətində göstərişlər verir və ən müxtəlif səviyyələrdə müzakirələr aparırdı. Ulu Öndərin imzaladığı “Əhalinin sağlamlığının qorunması haqqında” qanunu xüsusilə qeyd etmək lazımdır. Həmçinin Konstitusiyanın qəbul olunması uşaqların sağlamlığı, onların yaxşı təhsil və təlim - tərbiyə alması, ailə mühitində böyüməsi, hüquqlarının müdafiəsi istiqamətində güclü qanunvericilik bazası formalaşmasına səbəb oldu. Əlbəttə ki, ölkədə hüquqi, siyasi, sosial və iqtisadi vəziyyət dəyişdikcə, eyni zamanda ictimai münasibətlər inkişaf etdikcə Konstitusiyanın da müəyyən müddəalarının təkmilləşdirilməsi, müvafiq əlavələrin və dəyişikliklərin edilməsi zərurəti meydana çıxır. Məhz belə zərurətdən irəli gələrək 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumlar nəticəsində Əsas Qanuna bir sıra mühüm əlavələr və dəyişikliklər edilib. Müasir çağırışları və yenilikləri özündə ehtiva edən Konstitusiya islahatları demokratik dəyərlərin bərqərar olması, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, ölkəmizdə gedən demokratikləşmə proseslərinin daha da dərinləşməsi kimi məqsədlərə xidmət edir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi vaxtdan bu günədək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Onun xarici siyasəti nəticəsində Azərbaycan regionun ən güclü və suveren dövlətinə, eləcə də yüksək beynəlxalq nüfuza malik olan ölkəyə çevrilib. 30 ilə yaxın davam edən erməni işğalına son qoyulub, Qarabağ və Şərqi Zəngəzur işğaldan azad olunub. Bu gün xalqımız Ümummilli Liderin siyasi varisi – yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə ölkəmizi, mədəniyyətimizi, tariximizi, mədəni irsimizi yüksək səviyyədə beynəlxalq aləmdə təbliğ edir. Biz inanırıq ki, Prezident İlham Əliyev dövlətimiz qarşısında taleyüklü məsələləri xalqımızın dəstəyi ilə başa çatdıracaq, ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik irsini öz quruculuq fəaliyyəti ilə daha da zənginləşdirəcək”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-02-2025