Mobil versiya
Məşhur Məmmədov YAP Masallı rayon təşkilatının inzibati binasında vətəndaşlarla növbəti görüşünü keçirib -Fotolar
Tarix: 24-02-2025 | Saat: 17:30
Bölmə:Ölkə | çapa göndər

Məşhur Məmmədov YAP Masallı rayon təşkilatının inzibati binasında vətəndaşlarla növbəti görüşünü keçirib

Havaların qeyri-sabit keçməsinə baxmayaraq, bu gün Masallı rayonunda seçicilərlə növbəti qəbul-görüşümüz baş tutdu. YAP Masallı rayon təşkilatının inzibati binasında baş tutan qəbul-görüşümüzdə problemlərin daha tez həllini tapması üçün YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev və köməkçilərim iştirak edirdilər.

23 seçici qəbul-görüşə gəlmişdi. Qəbula gələnlərdən ikisi şəhid ailəsi, biri isə Vətən Müharibəsi Qazisi idi.
Seçicilər hər biri fərdi olaraq dinlənildi, bəzilərinin problemləri yerində həllini tapdı, bəzi məsələlər isə bizim səlahiyyətimizdə olmadığı üçün aidiyyəti qurumlara göndərildi. Görüşlərimiz davam edir.

Məşhur Məmmədov
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-02-2025