Ana Sayfa > Ölkə > Məşhur Məmmədov YAP Masallı rayon təşkilatının inzibati binasında vətəndaşlarla növbəti görüşünü keçirib

Məşhur Məmmədov YAP Masallı rayon təşkilatının inzibati binasında vətəndaşlarla növbəti görüşünü keçirib


Dünən, 17:30. Yazar: sevinc1
Məşhur Məmmədov YAP Masallı rayon təşkilatının inzibati binasında vətəndaşlarla növbəti görüşünü keçirib

Havaların qeyri-sabit keçməsinə baxmayaraq, bu gün Masallı rayonunda seçicilərlə növbəti qəbul-görüşümüz baş tutdu. YAP Masallı rayon təşkilatının inzibati binasında baş tutan qəbul-görüşümüzdə problemlərin daha tez həllini tapması üçün YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev və köməkçilərim iştirak edirdilər.

23 seçici qəbul-görüşə gəlmişdi. Qəbula gələnlərdən ikisi şəhid ailəsi, biri isə Vətən Müharibəsi Qazisi idi.
Seçicilər hər biri fərdi olaraq dinlənildi, bəzilərinin problemləri yerində həllini tapdı, bəzi məsələlər isə bizim səlahiyyətimizdə olmadığı üçün aidiyyəti qurumlara göndərildi. Görüşlərimiz davam edir.

Məşhur Məmmədov
Milli Məclisin deputatı

Geri dön