Mobil versiya
Qusarda meşələrin mühafizəsi və ekoloji tarazlığın qorunması ilə bağlı müzakirələr aparılıb -Foto
Tarix: 24-02-2025 | Saat: 19:20
Bölmə:Ölkə | çapa göndər

Qusarda meşələrin mühafizəsi və ekoloji tarazlığın qorunması ilə bağlı müzakirələr aparılıb

aia.az xəbə verir ki, fevralın 24-də Qusar Rayon İcra Hakimiyyətində rayon İcra Hakimiyyətinin başçısı, Hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, 5 saylı Regional Ekologiya Təbii Sərvətlər İdarəsinin və 5 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərlərinin və RİH başçısı Aparatının məsul şəxslərinin iştirakı ilə yaşıllıqların və ətraf mühitin mühafizəsi, meşə yanğınlarının qarşısının alınması yolları, qarşıda duran vəzifələr, mövcud problemlər müzakirə olunub.

Görüşdə meşə ərazilərinin və yaşıllıqların mühafizəsi, qanunsuz qırıntı hallarının qarşısının alınması, meşə massivlərində yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasının, bu sahəyə cavabdeh şəxslərin və ictimaiyyət nümayəndələrinin məsuliyyətinin daha da artırılmasının vacibliyi vurğulanıb.

Həmçinin meşə və meşə zolaqlarında yanğınların baş verməsinə səbəb ola biləcək halların qabaqcadan aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin zəruri olduğu qeyd edilib.

Görüşdə rayon ərazisində ekoloji tarazlığın qorunması, meşə ərazilərinin və yaşıllıqların qorunması istiqamətində görülən işlər, qarşıda duran vəzifələr müzakirə olunub. İlk növbədə əhalinin ekoloji maariflənməsinə xidmət edən müxtəlif mövzularda kütləvi silsilə tədbirlərin davam etdirilməsinin, bu istiqamətdə birgə işin qurulmasının vacibliyi qeyd olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-02-2025