YAP Masallı rayon təşkilatının təsis edilməsinin 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilib -Fotolar
Tarix: 24-02-2025 | Saat: 18:25
Bölmə:Siyasət | çapa göndər

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının təsis edilməsinin 32-ci ildönümü ilə əlaqədar “Qalib Azərbaycanın qüdrətli partiyası” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucalan abidəsini və Şəhidlər kompleksini ziyarət edib, abidə önünə tər-gül dəstələri qoyublar.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Yeni Azərbaycan Partiyasının 32 ildən artıq dövr ərzində şərəfli və məsuliyyətli yol qət etdiyini deyib. Partiyanın qurucusu Ümummilli Lider Heydər Əliyevin müstəqil, demokratik, hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyətinin Azərbaycanın bu gününü və gələcək taleyini müəyyən etdiyi bildirilib. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin zəngin irsi əsasında və Prezident, YAP Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artacaq.
Milli Məclisin deputatı Məşhur Məmmədov Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yarandığını, qısa müddətdə iqtidar partiyası olması və regionun ən möhtəşəm siyasi təşkilatına çevrildiyini deyib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının yaradılması müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynayıb. Prezident İlham Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyası inkişafın yeni mərhələsinə qədəm qoyub. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər cəmiyyətdə böyük inam və etimada sahib olan partiyanın nüfuzunu daha da yüksəldib.
Partiya veteranları Füzuli Fətullayev, Cəmaləddin Ağayev, Vaqif Şükürov, Ramiz Tağıyev, şəhid anası Mehriban Sultanova, partiya fəalları Dilbər İbayeva, Hikmət Xəlilov, Nahid Rəhimov və başqaları çıxış edərək qurucusu Ümummilli Lider Heydər Əliyev olan partiyanın yarandığı gündən keçdiyi keşməkeşli yoldan və Ulu Öndərin siyasi fəaliyyətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərman, təşəkkürnamə və hədiyyələr təqdim edilib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər