XOCALI QƏTLİAMI ERMƏNİ FAŞİZMİNİN BARİZ NÜMUNƏSİDİR
Tarix: 24-02-2025 | Saat: 13:45
Bölmə:Manşet / Gündəm / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri
1987-ci ildən başlamış Ermənistan-Azərbaycan münaqişəsi dövründə ən faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri – Xocalıda baş vermiş soyqırım olmuşdur. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etdi. Həmin gecə Xocalıya əvvəlcə artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açıldı, az bir vaxt ərzində şəhərdə yanğın baş verdi, şəhər tamamilə alova bürünmdü. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur oldu. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edildi. Bir gecənin içərisində qədim Xocalı yerlə-yeksan edildi.
Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçdı. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələyir, onlara amansız divan tuturdu. Nəticədə soyuq, qarlı fevral gecəsində yüzlərlə qız-gəlin əsir düşdü, girov götürüldü. Əliyalın, köməksiz qalan insanlar erməni silahından yayınıb meşələrə, dağlara qaçsalar da, onların çoxu soyuqdan, şaxtadan məhv oldu…
Cinayətkar erməni daşnaklarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürüldü, 487 nəfər şikəst oldu, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qaldılar. 150 nəfərin taleyi hələ də məlum deyil.
Bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qocadır.
Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.
Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər, hətta meyitləri də təhqir etmişlər…
Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan edilib, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib.
İstintaq materiallarından məlum olur ki, hücuma rəhbərlik edən Ermənistanın o zamankı müdafiə naziri Seyran Ohanyanın, eləcə də 366-cı alayın 3-cü batalyonunun komandiri Yevqeniy Nabokixinin komandasında əlavə olaraq 50-dən çox erməni zabiti və giziri iştirak edib. Ermənilərin Xocalıda törətdikləri vəhşilikləri faktlarla sübut edən Rüsiyanın «Memorial» Hüquq-Müdafiə Mərkəzinin məlumatında hətta diri adamın başının dərisinin soyulması faktı da qeydə alınmışdır. Bununla yanaşı erməni-rus birləşmiş silahlı qüvvələrinin azərbaycanlı əhaliyə qarşı Xocalıda insanlığa sığmayan və misli görünməmiş qəddarlığı hadisədən az sonra dünyanın ən nüfuzlu mətbu orqanlarının səhifələrində də öz əksini tapmışdır.
Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermiş, “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edilmişdir. Bu faciəni xalqımızın böyük dərdi, kədəri, qəmi adlandıran Ümummilli Lider, eyni zamanda, xalqımızın əsrlər boyu keçdiyi mübarizəni, milli azadlıq yolunu şanlı, uğurlu yol kimi dəyərləndirmişdir. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. 2002-ci il fevralın 25-də Ümummilli Lider Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız soyqırımına əsl qiyməti vermişdir: "Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir."
Xocalı soyqırımı Azərbaycan xalqının mübarizə əzmini qırmağa yönəlmişdi. Lakin ermənilər də, onların havadarları da yanılmışdı. 2020-ci ilin 44 günlük Vətən müharibəsi düşmənə və onun havadarlarına göstərdi ki, 30 ildə bizi heç nə sarsıda bilmədi. Ulu Öndərin ideyaları Prezident İlham Əliyevin qətiyyəti ilə birləşib işğala son qoydu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu parlaq Qələbəsi ilə xocalıların ürəyinə saplanan xəncəri çıxartdı. Azərbaycan əsgəri günahsız xocalıların qisasını aldı, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Prezident İlham Əliyevin dediyi kimi: “Biz onların cavabını döyüş meydanında verdik, bütün şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı. Xocalı soyqırımını ...törədən mənfur düşmən döyüş meydanında məğlub oldu, məhv oldu”. Artıq Xocalı soyqırımı qurbanlarının anım günü “Azərbaycan xalqının milli birliyinin, bərabərliyinin və milli təəssübkeşliyinin simvoluna çevrilib.”
Üstündən 33 il keçməsinə baxmayaraq biz öz faciəmizi unutmadıq. Və bu qan yaddaşı sayəsində Xocalıda qətlə yetirilənlərin övladları bu qanı yerdə qoymadılar.
İndi Xocalı azaddır, yenidən qurulur, bərpa edilir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev mütəmadi olaraq bu şəhərə baş çəkir, onun abadlaşdırılması və yenidən məskunlaşdırılması üçün mümkün olan hər şeyi edir. Çünki bu şəhər, onun qəhrəman sakinləri erməni təcavüzündən ən çox əziyyət çəkənlərdir. Xocalıda baş verən hadisələr heç zaman unudulmayacaq və tarix kitablarının səhifələrində qan ləkəsi olaraq qalacaqdır. Xocalıda törədilən qətliam erməni faşizminin ən bariz nümunəsi kimi yaddaşlarda əbədi yaşayacaqdır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər