Mobil versiya
Eldəniz Müzəffər oğlu Hacıyev uzun sürən ağır xəstəlikdən sonra vəfat edib
Tarix: 24-02-2025 | Saat: 15:44
Bölmə:Manşet / Ölkə | çapa göndər

Eldəniz Müzəffər oğlu Hacıyev uzun sürən ağır xəstəlikdən sonra vəfat edib

Eldəniz Hacıyev 1962-ci ildə Şəmkir rayonunda anadan olub, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Xalq təsərrüfatının planlaşdırılması və iqtisadiyyatı” fakültəsini bitirib.

Eldəniz Haciyev əmək fəaliyyətinə sadə zəhmət adamı kimi başlayıb, Bakı şəhəri Nərimanov rayonunun xalq deputatı olub, uzun illər Bakı Şəhər İcra Hakimiyyətində və Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətində müxtəlif məsul vəzifələrdə çalışıb.

O, harada çalışmasından asılı olmayaraq, əsl dövlət qulluqçusu kimi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib, kollektivin dərin rəğbətini qazanıb.

Eldəniz Hacıyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin !



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-02-2025