Avropa liderlərinin iştirakı ilə Ukrayna ilə bağlı fövqəladə sammit başlayıb
Tarix: 17-02-2025 | Saat: 20:44
Bölmə:Özəl | çapa göndər

Fransa prezidenti Emmanuel Makronun ev sahibliyi ilə paytaxt Parisdə Avropanın aparıcı liderlərinin iştirakı ilə Ukrayna ilə bağlı fövqəladə təhlükəsizlik sammiti başlayıb.
Fransanın paytaxtı Parisdə Avropa liderlərinin iştirak etdiyi Ukrayna ilə bağlı fövqəladə təhlükəsizlik sammiti başlayıb.
Paytaxt Parisdəki Yelisey sarayında başlayan Ukrayna ilə bağlı qeyri-rəsmi təhlükəsizlik sammitində Almaniyanın baş naziri Olaf Şolz, İngiltərənin baş naziri Keir Starmer, İtaliyanın baş naziri Giorgia Meloni, Polşanın baş naziri Donald Tusk, İspaniyanın baş naziri Pedro Sançez, Hollandiyanın baş naziri Dik Şof və Danimarka baş naziri Mette Frederiksen iştirak edib.
Sammitdə Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Kosta, Aİ Komissiyasının sədri Ursula fon der Leyen və NATO-nun baş katibi Mark Rutte də iştirak edib.
Mətbuatda prezident Makronla ABŞ prezidenti Donald Trampın sammit öncəsi telefon danışığı olduğu xəbəri yayılsa da, Yelisey Sarayından hələlik görüşlə bağlı açıqlama verilməyib.
Rusiya və ABŞ arasında Ukraynada sülhlə bağlı diplomatik danışıqların artdığı bir vaxtda Avropa dövlətləri “Ukraynada sülhün Avropasız əldə edilə bilməyəcəyini” iddia edirlər.
Bu kontekstdə Parisdə Avropanın aparıcı dövlətlərinin iştirakı ilə təhlükəsizlik sammiti keçirilir.
Digər tərəfdən, ABŞ və Rusiyanın yüksək səviyyəli rəsmilərinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı sabah Səudiyyə Ərəbistanında görüşəcəyi bildirilib.
ABŞ prezidenti Donald Tramp isə Rusiya prezidenti Vladimir Putinlə görüşünün "çox yaxında" ola biləcəyini və Rusiya-Ukrayna müharibəsini dayandırmaq istədiklərini bildirib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-02-2025
19-02-2025