Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında münasibətlər yeni inkişaf mərhələsindədir
Tarix: 17-02-2025 | Saat: 13:30
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasındakı əlaqələr surətlə inkişaf edir və şübhəsiz ki, Çinlə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi ölkəmizin xarici siyasətinin əsas prioritetlərindən biridir. 3 iyun 2024-cü ildə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” bunun əyani formada təsdiq edir.
Həmçinin, qeyd etmək lazımdır ki, iki dövlətin liderləri – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında qaşılıqlı etimadın və səmərəli əməkdaşlıq münasibətlərinin olması ikitərəfli əlaqələrin inkişafına ciddi təkan verir.
Ölkələrimiz arasındakı münasibətlər beynəlxalq əlaqələrin bütün sahələrini əhatə edir. Bu sırada, əlbəttə ki, iqtisadi əlaqələr xüsusi yeri tutur. Hazırkı dövrdə Azərbaycanda müxtəlif sahələrdə 373 Çin investisiyalı kommersiya qurumu hüquqi qeydiyyatdan keçibsə, onlardan 294 aktiv fəaliyyətdədir.
1995-2024-cü illərdə Çin tərəfindən ölkəmizin iqtisadiyyatına investisiya qoyuluşunun həcmi 942,3 milyon ABŞ dolları olub. Eyni zamanda, Azərbaycan tərəfindən Çinin qeyri-neft sektoruna investisiyalar 265,9 milyon ABŞ dollarıdır. Bu əhəmiyyətli prosesin hüquqi təməlini “Sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” 8 mart 994-cü il tarixli Saziş təşkil edir.
Nəqliyyat növü üzrə Azərbaycanla Çin arasında tranzit daşımaların həcmi 2024-cü ilin yanvar-sentyabr aylarında 254 min ton olub. Ümumilikdə isə, 2024-cü ilin yanvar-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanla Çin arasında ümumi tranzit daşımaları 221% artıb. Cari ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanla Çin arasında tranzit daşımalar Şərq-Qərb dəhlizi üzrə 251%, Şimal-Qərb dəhlizi üzrə isə 80% artıb.
Siyasi müstəvidə də Azərbaycanla Çin arasında konstruktiv dialoq mövcuddur. “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də qeyd olunduğu kimi, iki dövlət arasında münasibətlər ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmət, daxili işlərə qarışmamaq, bərabərlik, qarşılıqlı fayda və dinc birgəyaşayışa əsaslanır.
Nizami Səfərov,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-02-2025
19-02-2025