Bu şirkətlərlə bağlı cinayət işi başlandı
Tarix: 17-02-2025 | Saat: 17:14
Bölmə:Ölkə | çapa göndər

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Bakı şəhərinin 4 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
aia.az xəbər verir ki, araşdırmalar zamanı Yasamal rayonu Nəriman Nərimanov prospekti 127 ünvanında “Memar-3” MTK tərəfindən, Xətai rayonu Zığ küçəsi 39 ünvanında “Probuild Solutions” MMC tərəfindən, Binəqədi rayonu, S.S.Axundov küçəsinin şərq hissəsində “İbrahimxan” kiçik müəssisəsi tərəfindən tikinti və abadlaşdırma aparılan ərazilərdə, həmçinin Binəqədi rayonu, Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 14K ünvanında “Mərmər İnşaat” ASC-nin mülkiyyətində olan torpaq sahəsində və Səbail rayonu Badamdar qəsəbəsi massiv 3 ünvanında meşə fonduna daxil olmayan ümumilikdə 165 ədəd ağac və iri kolların, o cümlədən 50 ilə yaxın yaşı olan irigövdəli ağacların qanunsuz götürülməsi nəticəsində təbiətə 131 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd olunan faktlarla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-02-2025
19-02-2025