Yunanıstandan Santorini adası ilə bağlı yeni qərar
Tarix: 17-02-2025 | Saat: 15:53
Bölmə:Özəl | çapa göndər

Egeydəki Yunan adalarındakı seysmik aktivliyə görə Yunanıstanın Santorini adasında gəmilərin fövqəladə vəziyyətdə istifadə etməsi üçün xüsusi liman inşa edəcəyi bildirilib.
Yunanıstanın İqlim Böhranı və Mülki Müdafiə naziri Vasilis Kikilias, ANT1 televiziya kanalına verdiyi açıqlamada, yaxın gələcəkdə və ya uzun müddətdə hər hansı böyük zəlzələ olacağı təqdirdə Santorini xalqının sahil bölgələrindən uzaqlaşmalı və daha yüksək ərazilərə köçməli olduğunu bildirdi.
Kikilias qeyd edib ki, baş nazir Kiryakos Mitsotakis ilə görüşdükdən sonra Yunanıstan Silahlı Qüvvələri ilə əməkdaşlıq çərçivəsində hazırda adada tikilən böyük limana əlavə olaraq, zəlzələ zamanı istifadə olunacaq xüsusi liman inşa etmək qərarına gəliblər.
Kikilias Egeydə çoxlu sayda dənizaltı vulkanik ərazinin olduğunu və bölgədəki son maqma hərəkətlərinin mütəxəssislər tərəfindən izləndiyini bildirib.
Kikilias, Santorini adasındakı yerin qalxması və sürüşməsinin də mütəxəssislər tərəfindən izləndiyini vurğuladı.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-02-2025
19-02-2025