Mobil versiya
Milli Məclisin sədri Sahibə Qafarova Belarusun ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb -Fotolar
Tarix: 17-02-2025 | Saat: 14:18
Bölmə:Manşet / Siyasət | çapa göndər

Milli Məclisin sədri Sahibə Qafarova Belarusun ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Belarusun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç ilə görüşüb.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Söhbət zamanı xalqlarımız və ölkələrimiz arasında etimada əsaslanan dostluq əlaqələrinin mövcud olmasından məmnunluq ifadə edilib. Azərbaycan və Belarus arasında əlaqələrin inkişafında iki ölkənin prezidentləri İlham Əliyev və Aleksandr Lukaşenko arasında mövcud olan münasibətlərin vacib rolu qeyd edilərək, bildirilib ki, dövlət başçılarının siyasi iradəsi, həmçinin yüksək səviyyəli dialoq və qarşılıqlı sıx təmaslar sayəsində son dövrlərdə əlaqələrimiz daha da inkişaf edərək, keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Qeyd olunub ki, hazırda Azərbaycan və Belarus bir çox sahələrdə əməkdaşlıq edirlər.

Görüşdə münasibətlərin inkişafında qanunverici orqanların da mühüm rolu qeyd edilib. Milli Məclisin sədri Sahibə Qafarova özünün Belarusa rəsmi səfərini xatırladaraq, həmçinin parlament rəhbərləri və deputatlarımız arasında sıx təmasların mövcud olduğunu vurğulayıb. Bildirilib ki, qanunverici orqanlarımız həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatlarında uğurla əməkdaşlıq edirlər.

Spiker Sahibə Qafarova səfirə ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycana səfir təyin olunmasından şərəf hissi duyduğunu deyən Dmitri Pineviç ölkəmizdə gördüyü yüksək səviyyəli qonaqpərvərlik və diqqəti qeyd edərək, Azərbaycan və Belarus arasında əlaqələrin daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə