Göydəniz Qəhrəmanov: “20 Yanvar faciəsi bəşər tarixində insalıq əleyhinə törədilmiş ən ağır və qanlı cinayətlərdən biridir”
Tarix: 17-01-2025 | Saat: 00:23
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-6 | çapa göndər
“1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. Azərbaycanın tarixinə Qanlı Yanvar adı ilə düşmüş 20 Yanvar faciəsi xalqımızın müstəqil dövlət quruculuğu yolunda yeni və həlledici mərhələnin başlanğıc nöqtəsi oldu. 20 yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. O dövrdə keçmiş SSRİ-nin siyasi mərkəzi olan Kreml Azərbaycanın milli maraqlarına zidd addımlar atan respublika rəhbərliyinin istefası tələbini irəli sürən və Qarabağın Ermənistana birləşdirilməsinə qarşı qətiyyətlə çıxış edənxalqı cəzalandırmaq məqsədiləbu dəhşətliqətliamı törətdi.”
Bu sözləri 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı aia.az-a verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.
Deputat xüsusi olaraq belə bir məqamı vurğulayıb ki, 20 Yanvar hadisələrində fövqəladə vəziyyətin tətbiq edilməsinə dair bütün qəbul edilmiş qaydalar kobud şəkildə pozulmuş, əhaliyə qəsdən belə bir qərarın qəbul edilməsi barədə xəbərdarlıq edilməmişdir: “Həmin qanlı hadisələr zamanı fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri artıq yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridilmişdi. Məlumdur ki, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq edilməlidir. Lakin Bakıda tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmişdi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edilmişdir. Kütləvi insan qırğını törədildikdən sonra – yəni 20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdir. Halbuki, yanvarın 20-də saat 00-dan başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində daha 21 nəfər öldürülmüşdür. Qanlı Yanvar hadisəsindən sonra fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdur. Qanlı Yanvar hadisələri zamanı Azərbaycanın paytaxtına və bir sıra rayonlarına sovet ordusu hissələrinin qanunsuz yeridilməsi, dinc əhalinin qırılması totalitar rejimin törətdiyi ən qanlı aktlardan biri, bütün bəşəriyyətə qarşı yönəldilmiş ağır cinayət idi. Bununla belə, imperiyanın Bakıda bu qanlı hadisəni törətməklə ittifaqa üzv olan digər respublikalara göz dağı vermək planı, imperyanı zor gücünə qoruyub saxlamaq cəhdi də boşa çıxmış oldu.”
Daha sonra G.Qəhrəmanov bildirib ki, həmin məşəqqətli günlərdə Ümummilli Lider Heydər Əliyevin respublikada yoxluğu günün ən böyük və ən acı həqiqəti kimi dərk olunurdu:“1990-cı ilin qanlı yanvar günlərində xalqımızın ən çox əziyyət çəkdiyi məqam nə respublika rəhbərliyində, nə də kütlə içərisində həqiqi liderin olmaması idi. Əlbəttə ki, Ulu Öndər Heydər Əliyevin respublikada yoxluğu yaşanan faciəni daha da ağırlaşdırır, yaranmış vəziyyətdən çıxış yolunu tapmaqda çətinlik çəkən xalqın iztirablarını artırırdı. 1993-cü ilə qədər Azərbaycana rəhbərlik edən şəxslərin heç biri faciə ilə bağlı əsl həqiqətləri dilə gətirməyə, bu ağır cinayəti törədənləri ittiham etməyə özündə cəsarət tapmadı.Yalnız Ulu Öndər Heydər Əliyev, hətta Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq-aşkar təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Ulu Öndər təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan dərhal çıxarılması tələbini irəli sürdü. Ümummilli Lider Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı faciəyə verilən ilk siyasi qiymət idi.1990-cı ilin noyabr ayının 21-də isə, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən qərar qəbul etdi. Artıq Azərbaycanda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra, 1994-cü ilin mart ayının 29-da Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi.”
Sonda G.Qəhrəmanov ölkəmizdə bütün şəhidlərimizin xatirəsinin uca tutulmasına, qazilərin və şəhid ailələrinin sosial problemlərinin həllinə xüsusi diqqət ayrıldığını bir daha diqqətə çatdırıb: “Danılmaz bir həqiqətdir ki, 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, qazilərin problemlərinin həlli məsələsi Azərbaycanda hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən biri oldub.Artıq uzun müddətdir ki, ölkəmizdə cənab Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşdırılıb. Azərbaycan dövləti və şəxsən möhtərəmdövlət başçımız 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün cənab Prezident İlham Əliyev tərəfindən mühüm addımlar atılmışdır və bu istiqamətdə işlər indi də davam etdirilir. Hər il yanvarın 20-də saat 12:00-da milli həmrəyliyimizin ən böyük təzahürlərindən biri kimi, Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.Əlbəttə ki, 2020-ci ilin noyabr ayında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan xalqına Şuşanın azad edilməsi ilə bağlı müjdəni vermək üçün məhz Şəhidlər Xiyabanını məkan olaraq seçməsi də şəhidlərimizin ruhuna ən böyük ehtiramın növbəti təzahürü idi” – deyə, millət vəkili fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-01-2025
16-01-2025