Azərbaycanda bu məzunlar iş tapmaqda çətinlik çəkirlər
Tarix: 16-01-2025 | Saat: 20:54
Bölmə:Ölkə | çapa göndər
"Son illərdə ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı, xüsusilə inşaat, kənd təsərrüfatı, ticarət və xidmət sahələrində işçi qüvvəsinə tələbatın çoxalması təhsilsiz işçilərə ehtiyacı artırıb. Təhsilsiz və ya aşağı təhsilli gənclər bu sektorlarda, xüsusilə əl işləri tələb edən işlərdə işləməyə cəlb olunurlar".
aia.az xəbər verir ki, bunu “Azərbaycan müəllimi”nə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müşaviri Şaiq Kazımov deyib.
Onun sözlərinə görə, əmək bazarında işəgötürənlərin tələblərini əhatə etmək üçün təhsil sistemi ilə uyğunluğu gücləndirmək məqsədəuyğundur:
“Məsələn, iqtisadiyyat və idarəetmə sahəsində təhsil proqramlarında, müasir maliyyə alətləri, risk menecmenti, strateji idarəetmə və rəqəmsal marketinq kimi sahələrdə dərs proqramları bəzən köhnəlmiş və ya praktiki iş dünyası ilə uyğunlaşdırılmamış olur. Bu sahədəki məzunlar təhsil aldıqları nəzəri biliklərə əsaslanaraq iş axtararkən praktiki təcrübə və müasir idarəetmə alətləri ilə tanış olmadıqları üçün iş tapmaqda çətinlik çəkirlər. Belə işçilər daha çox iş yerində əlavə təlimlər və hazırlıq mərhələlərini keçmək məcburiyyətində qalırlar. Bu problem müxtəlif sahələrdə bu və ya digər şəkildə müşahidə olunur”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-01-2025