Yerlərdə keçirilən səyyar qəbullar vətəndaş məmnunluğuna xidmət edir -Fotolar
Tarix: 16-01-2025 | Saat: 15:55
Bölmə:Ölkə | çapa göndər
Qusar Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü rayonun Yuxarı Zeyxur kəndində keçirilib. Görüşdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə rəhbərlərinin iştirakı da təmin olunub.
Səyyar qəbulda sakinlər kəndin yeni yaşayış massivində tikilən evlərin sənədləşmə işlərinin aparılmasına və həmin evlərin qazlaşdırılmasına, o cümlədən torpaq sahələrinin sənədləşdirilməsinə köməklik göstərilməsini xahiş ediblər.
Sakinlər kənddaxili yolların, həmçinin Samur-Həzrə yolunda əmələ gələn çalaların təmiri və həmin yolda nişanlama işlərinin aparılması, kənddə artezian quyusunun qazılması ilə bağlı müraciətlərini ediblər. Görüşdə eyni zamanda qeyd olunub ki, kənddə işığın zəif olması sakinlər üçün problemlərə yol açır. RİH başçısı tərəfindən rayonun 5 kəndində aparılan elektrik şəbəkələrin yenidən qurulması işlərinin davamı olaraq 2025-ci ildə yenidənqurma işlərinin aparılacağı 10 kənddən birinin də Yuxarı Zeyxur kəndi olduğu vurğulanıb. Qeyd olunub ki, kənddə bütün dayaqlar dəyişdirilərək açıq məftil xətləri kabel xətləri ilə əvəz olunacaq, yeni, daha güclü transformatorlar quraşdırılacaq.
İcra başçısı sakinləri narahat edən digər problemlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Görüş iştirakçıları onlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə ediblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-01-2025