Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin fəxri üzvü seçilib -Fotolar
Tarix: 16-01-2025 | Saat: 15:51
Bölmə:Ölkə | çapa göndər
Naxçıvan Biznes Mərkəzində təşkil olunan tədbirdə dövlət və hökumət nümayəndələri, şəhid ailə üzvləri, media nümayəndələri və könüllü gənclər iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təsisçisi, Ali Məclisin deputatı Üzeyir Məmmədov birliyin yaranma tarixi və fəaliyyəti barədə iştirakçıları məlumatlandırıb.
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri Mais Gülməmmədov bildirib ki, 2024-cü ildə, ümumilikdə, 24 tədbir keçirilib. Bunlardan 12-si hər ayın son ongünlüyündə şəhidlərimizin doğum günlərinin qeyd olunması ilə bağlı təşkil olunan tədbirlərdir. Vurğulanıb ki, həmin tədbirlərin ərsəyə gəlməsində Naxçıvan Dövlət Universiteti, Həmkarlar İttifaqları Şurası, Təhsil Nazirliyi, Müəllimlər İnstitutu və digər dövlət orqanları tərəfindən İctimai Birliyə böyük dəstək göstərilib. Həmçinin əsası vətənpərvərlik qayəsi olan, şəhidlərimizin tanıdılması məqsədilə təşkil edilən bu tədbirlərin işıqlandırılmasında Naxçıvan Televiziyası və “Şərq qapısı” qəzeti, eləcə də digər media nümayəndələri yaxından iştirak edib.
Digər çıxış edənlər də birliyin fəaliyyətini yüksək qiymətləndirib. Qeyd olunub ki, gənclərdə vətənpərvərlik hisslərinin aşılanması, eləcə də şəhid ailələrinə lazımi dəstəyin göstərilməsi baxımından birliyin fəaliyyəti təqdirəlayiqdir.
Tədbirdə “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin fəxri üzvlərinə vəsiqə və plaketlər təqdim olunub.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-01-2025