Mobil versiya
Deputatların tətili başa çatır, komitə iclasları başlayır
Tarix: 13-01-2025 | Saat: 10:55
Bölmə:Manşet / Parlament | çapa göndər

Deputatların tətili başa çatır, komitə iclasları başlayır

Bu həftə Milli Məclisin deputatlarının tətili başa çatır.

aia.az xəbər verir ki, ötən ilin dekabrın 30-dan başlayan tətil müddəti yanvarın 15-də bitir.

Bu həftədən etibarən komitə iclaslarının keçirilməsinə başlanılacaq.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.
Parlamentin yaz sessiyası isə fevralın 1-də başlayıb mayın 31-dək davam edəcək.

Əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır. Bu da o deməkdir ki, qanunverici orqanın yaz sessiyasında ilk plenar iclası fevralın 3-nə təsadüf edəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-01-2025