Göydəniz Qəhrəmanov: “Azərbaycanda idmanın inkişafına dövlət tərəfindən ən yüksək səviyyədə diqqət və qayğı göstərilir”
Tarix: 13-01-2025 | Saat: 13:08
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-6 | çapa göndər
“Bu gün Azərbaycanda bütün sahələrdə hökm sürən inkişaf və ruh yüksəkliyi idman sahəsində də özünü ən qabarıq şəkildə göstərməkdədir. Ölkə Prezidenti cənab İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə etdiyi çıxışında da birmənalı olaraq bildirdi ki, bu il Azərbaycan idmanı üçün uğurlu olmuşdur. Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil edərək ümumilikdə 1700-ə yaxın medal qazanmışlaır. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir. Ölkəmizin Olimpiya Oyunlarında iştirakından və əldə olunan yüksək nailiyyətlərdən bəhs edən dövlət başçımız bildirdi ki, 2024-cü ildə keçirilmiş Yay Olimpiya Oyunlarında iki yüzdən artıq milli komanda arasında Azərbaycanın 30-cu yerdə qərarlaşması çox böyük nailiyyətdir.Müsəlman ölkələri arasında isə, Azərbaycan üçüncü yerdə idi. Komandamız bu Olimpiya Oyunlarında ikisi qızıl, ikisi gümüş, üçü bürünc olmaqla yeddi medal qazanaraq ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırmışdır. Cənab Prezident bir daha diqqətə çatdırmışdır ki, gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır. Bu Yay Olimpiya Oyunlarında da Azərbaycan müzəffər ölkə kimi, qalib ölkə kimi iştirak edirdi, idmançılarımız isə müzəffər xalqın nümayəndələri kimi iştirak edirdilər. Bu bir daha göstərir ki, bu vətənpərvərlik amili daim diqqət mərkəzində olmalıdır.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı, Gənclər və idman komitəsinin üzvü Göydəniz Qəhrəmanov deyib.
Fikirlərini davam etdirən deputat həmçinin bildirib ki, Azərbaycanda idmana birbaşa cənab Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı göstərilməsi bu sahədə inkişafın davamlı və ardıcıl xarakter daşımasını şərtləndirən ən mühüm amildir: “Ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin respublikamızda idmanın inkişafını hər zaman xüsusi diqqət mərkəzində saxlaması, bu sahəyə davamlı olaraq böyük qayğı göstərməsi bunu deməyə əsas verir ki, Azərbaycanda yetişən gənc idmançılar ölkəmizin idman şöhrətini bundan sonra da yüksəklərdə saxlayacaqlar.Öz çıxışında möhtərəm dövlət başçımız birmənalı olaraq vurğuladı ki, bizim bundan sonrakı fəaliyyətimiz də idmanın inkişafı ilə bağlı olacaq. Bu gün ölkəmizin rayon və bölgələrində 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir və bu idman komplekslərinin bundan sonra da müxtəlif bölgələrdə, o cümlədən Qarabağ bölgəsindəinşası nəzərdə tutulur. Xüsusilə azad edilmiş ərazilərdə infrastruktur layihələri ilə yanaşı, keçmiş köçkünlərin yaşayışı üçün inşa edilən evlərlə yanaşı, idman infrastrukturu da yaradılır. Cənab Prezident tamamilə düzgün olaraq vurğuladı ki, bu, mütləq olmalıdır. Çünki bu idman obyektlərinin həm rəmzi mənası, həm də funksional tərəfi var. Məsələn, İmarət stadionunun inşa edilməsi çox böyük rəmzi məna kəsb edir. İndi isə, Ağdam şəhərində həm də yeni, bütün beynəlxalq standartlara cavab verən stadion inşa edilir. Füzuli şəhərində Olimpiya İdman Kompleksinin təməli qoyulub. Suqovuşan və Köndələnçay su anbarlarında artıq beynəlxalq avarçəkmə yarışları keçirilir. Şuşa şəhərində bir neçə idman yarışı keçirilmişdir.”
Daha sonra G. Qəhrəmanov ölkəmizdə keçirilən beynəlxalq yarışların əhəmiyyətini vurğulayaraq bunları deyib: “Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi praqmatik, düşünülmüş daxili və xarici siyasətin nəticəsi olaraq Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib.Öz çıxışında cənab Prezident 2025-ci ildə Azərbaycanın növbəti böyük idman yarışına ev sahibliyi edəcəyini anonsladı. Bu ilIII MDB Oyunları ölkəmizdə keçiriləcək. Bunun üçün 14 şəhər seçilibdir və əsas oyunlar Gəncə şəhərində keçiriləcək. Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaq. Bu məqsədlə Gəncədə yeni stadion inşa edilir və Oyunlara qədər istismara verilməlidir. Eyni zamanda, bir neçə ay bundan əvvəl Gəncədə ölkəmizin böyük Olimpiya İdman Kompleksi açılmışdır. Hətta Bakı şəhərində bu boyda və bu qədər funksional standartlara cavab verən Olimpiya Kompleksi olmamışdır. Üçüncü MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir. Möhtərəm dövlət başçımızın dediyi kimi, bu gün artıq ölkəmizdə bütün müvafiq strukturlar, federasiyalar, klublar, idman cəmiyyətləri, Olimpiya Komitəsi, nazirlik vahid strategiya əsasında fəaliyyət göstərirlər. Bildiyiniz kimi, yanvarın 9-da Gənclər və İdman Nazirliyi ilin idman yekunları ilə bağlı qala mərasimi təşkil etmişdir. Deməliyəm ki, çox möhtəşəm bir tədbir keçirildi. Mərasimdə idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Bu kimi mükafatlandırma mərasimlərinin təşkili bir daha Azərbaycanda idmanın inkişafına dövlətimiz tərəfindən ən yüksək səviyyədə diqqət və qayğının göstərildiyini təsdiq edir” – deyə, Göydəniz Qəhrəmanovfikirlərini sona çatdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-01-2025
12:54 Sabah qar yağacaq