Ana Sayfa > Manşet / Parlament > Deputatların tətili başa çatır, komitə iclasları başlayır
Deputatların tətili başa çatır, komitə iclasları başlayırBu gün, 10:55. Yazar: sevinc1 |
Bu həftə Milli Məclisin deputatlarının tətili başa çatır. aia.az xəbər verir ki, ötən ilin dekabrın 30-dan başlayan tətil müddəti yanvarın 15-də bitir. Bu həftədən etibarən komitə iclaslarının keçirilməsinə başlanılacaq. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Parlamentin yaz sessiyası isə fevralın 1-də başlayıb mayın 31-dək davam edəcək. Əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır. Bu da o deməkdir ki, qanunverici orqanın yaz sessiyasında ilk plenar iclası fevralın 3-nə təsadüf edəcək. aia.az Geri dön |