Tarixdə ilk dəfə: 13 ildən sonra - TƏHLİL
Tarix: 21-08-2024 | Saat: 20:10
Bölmə:İdman | çapa göndər
Qarabağ” Çempionlar Liqasının pley-offuna böyükhesablı məğlubiyyətlə başlayıb.
Aia.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Zaqrebdə “Dinamo”dan üç cavabsız qol buraxıb.
Bu, “Qarabağ”ın tarixində Çempionlar Liqasının təsnifat və pley-off mərhələlərində ilk böyükhesablı məğlubiyyətidir. Xorvatiya səfərinə qədər 49 belə matça çıxan təmsilçimiz heç vaxt 3 və ya daha çox top fərqilə uduzmayıb.
Əsas raunda qədərki 50-ci – yubiley görüşündə 10-cu məğlubiyyət alınıb. Əvvəlki 9 yenilgi bir və ya iki top fərqi ilə olub.
Düzdür, “Qarabağ” Çempionlar Liqasında iki dəfə böyük hesabla da uduzub. Amma həmin matçlar təsnifat və pley-off çərçivəsindəki 50 oyun sırasında deyil. Çempionumuz qrupda “Çelsi”yə iki dəfə məğlub olub – 0:6, 0:4.
Ümumiyyətlə Ağdam təmsilçisinin avrokuboklardakı böyükhesablı yenilgiləri əsasən ya əsas mərhələdə, ya da Qurban Qurbanova qədər yaşanıb. Mütəxəssisin yetirmələri təsnifat və pley-offda sonuncu ağır yenilgini nə az, nə çox – 13 il əvvəl alıb.
Onda hələ “Qarabağ” çempionluq həsrəti yaşayır və Avropa Liqasında mübarizə aparırdı. 2011/12 mövsümündə “Brügge”nin qonağı olan təmsilçimiz Belçikada 1:4 hesabı ilə uduzub. Qurbanov və komandası III təsnifat mərhələsinin 2011-ci il iyulun 28-dəki görüşdən sonra qrupa qədər – yayda böyük fərqə üzülməyib.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasında ümumilikdə 14-cü dəfə uduzub, bunun dördü qrupda qeydə alınıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
08-11-2024
13:35 8 noyabr Zəfər günüdür
07-11-2024