Zəfər simvoluna çevrilmiş üçrəngli bayraq xalqımızın tarixi yaddaşını, milli kimliyini və müstəqillik əzmini əks etdirir - ŞƏRH
Tarix: 05-11-2026 | Saat: 12:31
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycanın üçrəngli bayrağı xalqımızın azadlıq arzusunun, müstəqil dövlətçilik iradəsinin və milli qürurunun ifadəsidir. Bu bayraq bir əsrdən artıq tariximizin müxtəlif mərhələlərindən keçərək bu gün müstəqil, suveren və qalib Azərbaycanın səmasını bəzəyir. Onun hər dalğalanışı keçmişə sədaqəti, bu günün uğurlarını və gələcəyə inamı özündə birləşdirir.
Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir” fikri dövlət rəmzinin mahiyyətini dolğun ifadə edir. Həqiqətən də, bayraq yalnız rənglərdən və simvollardan ibarət deyil. O, xalqın tarixi yaddaşını, milli kimliyini, mənəvi dəyərlərini və öz müqəddəratını müəyyənləşdirmək iradəsini təcəssüm etdirir.
Üçrəngli bayrağın taleyi Azərbaycanın müstəqillik tarixi ilə sıx bağlıdır. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilən Dövlət Bayrağı milli istiqlal ideologiyasının əsas prinsiplərini özündə birləşdirdi. Mavi rəng türkçülüyü, qırmızı rəng müasirliyi və demokratik inkişafı, yaşıl rəng isə islam mədəniyyətinə mənsubluğu ifadə edir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə bayrağımızın rəsmi statusu aradan qalxsa da, onun ifadə etdiyi azadlıq məfkurəsi xalqımızın yaddaşında yaşadı. Müstəqillik arzusu nəsildən-nəslə ötürüldü, milli dövlətçilik düşüncəsi qorunub saxlanıldı.
1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində üçrəngli bayrağımızın dövlət bayrağı kimi qəbul edilməsi bu baxımdan müstəsna tarixi əhəmiyyət daşıyır. Həmin qərar milli dövlətçilik ənənələrinin bərpasına yönəlmiş cəsarətli siyasi addım idi. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızı yenidən dövlət rəmzi kimi təsdiqlədi.
Müstəqilliyin bərpasından sonra bayrağımız dövlət suverenliyinin əsas atributlarından birinə çevrildi. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla noyabrın 9-nun Dövlət Bayrağı Günü elan edilməsi də bu müqəddəs rəmzə dövlət səviyyəsində göstərilən ehtiramın təzahürü oldu.
Azərbaycan bayrağının tarixində yeni və şanlı mərhələ torpaqlarımızın işğaldan azad edilməsi ilə başlandı. Uzun illər xalqımızın qəlbində yaşayan ən böyük arzularından biri üçrəngli bayrağın bütün ərazilərdə dalğalanması idi. Bu arzu 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə ilə gerçəkləşdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Zəfər ərazi bütövlüyünün bərpasına yol açdı. Azad edilən torpaqlarda bayrağımızın ucaldılması xalqımızın onilliklər boyu davam edən mübarizəsinin, şəhidlərin qanı və canı bahasına əldə olunan Qələbənin rəmzinə çevrildi.
Dövlət başçısının işğaldan azad edilmiş ərazilərə səfərləri çərçivəsində üçrəngli bayrağın ucaldılması hər bir azərbaycanlının qəlbində qürur hissi doğurdu. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda və digər doğma torpaqlarımızda dalğalanan bayraq tarixi ədalətin bərpasını nümayiş etdirdi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazilərində dövlət suverenliyinin təmin edilməsi bu tarixi prosesin mühüm mərhələsi oldu.
Bu gün üçrəngli bayrağımızın azad edilmiş ərazilərdə dalğalanması yalnız hərbi Qələbənin nəticəsi deyil. Bu, həm də dövlətimizin quruculuq əzminin, xalqımızın birliyinin və gələcəyə yönəlmiş inkişaf strategiyasının ifadəsidir. Yenidən qurulan şəhər və kəndlərimiz, doğma yurda qayıdan ailələrimiz, həyata keçirilən bərpa işləri bayrağımızın altında yeni həyatın formalaşdığını nümayiş etdirir.
Dövlət rəmzlərinə münasibət hər bir xalqın milli şüurunun göstəricisidir. Bayrağımıza hörmət etmək tariximizə, müstəqilliyimizə və dövlətçiliyimizə sahib çıxmaq deməkdir. Azərbaycan Respublikasının Konstitusiyasının 75-ci maddəsində dövlət rəmzlərinə hörmət vəzifəsinin təsbit olunması da bu dəyərin hüquqi əsasını müəyyənləşdirir.
Üçrəngli bayrağımızın mənasını dərk etmək, onun tarixini öyrənmək və gələcək nəsillərə çatdırmaq xüsusi əhəmiyyət daşıyır. Gənclər bilməlidirlər ki, bu bayrağın arxasında bir xalqın istiqlal mübarizəsi, dövlət müstəqilliyinin bərpası, Vətən uğrunda canından keçən qəhrəmanların fədakarlığı dayanır. Bayrağa sevgi vətənpərvərliyin ən səmimi ifadələrindən biridir.
9 Noyabr – Dövlət Bayrağı Günü xalqımızın milli həmrəyliyini möhkəmləndirən, müstəqilliyimizin dəyərini xatırladan əlamətdar tarixdir. Bu gün hər bir azərbaycanlı üçün üçrəngli bayrağımızın ucalığı ilə fəxr etmək, onun ifadə etdiyi dəyərləri qorumaq və dövlətimizin gələcək inkişafına töhfə vermək məsuliyyəti yaradır.
Bayrağımız müstəqil Azərbaycanın səmasında qürurla dalğalanır. Onun ucalığında xalqımızın iradəsi, dövlətimizin qüdrəti, ordumuzun qəhrəmanlığı və milli birliyimizin gücü var. Üçrəngli bayrağımız bundan sonra da Azərbaycanın müstəqilliyini, suverenliyini və əbədi dövlətçilik yolunu təcəssüm etdirəcəkdir.
Heydər Əsədov
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-11-2026
12:16 İşsiz şəxslərə şad xəbər
11:42 Çipsi aksizli mal olacaq
10:58 FHN-dən əhaliyə çağırış