Novruzəli Aslanov: “Milli birlik, dövlətə sədaqət və ortaq məqsədlər ətrafında səfərbərlik ölkənin gücünü müəyyən edən başlıca amillərdəndir”
Tarix: 05-11-2026 | Saat: 12:24
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Azərbaycanın üçrəngli Dövlət Bayrağının Şuşada və işğaldan azad edilmiş digər doğma torpaqlarımızda qürurla dalğalanması xalqımızın milli iftixarını, müstəqillik duyğusunu və tarixi ədalətin bərpasına inamını təcəssüm etdirir. Bu gün bayrağımızın azad edilmiş ərazilərdə ucalması yalnız hərbi Qələbənin deyil, həm də dövlət suverenliyimizin möhkəmliyinin, milli iradəmizin və müstəqilliyimizin dönməzliyinin göstəricisidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə Dövlət Bayrağımızı ucaltması Azərbaycanın tarixi Zəfərinin rəmzi hadisələrindən biri kimi xalqımızın yaddaşında xüsusi yer tutur. Üçrəngli bayrağımızın tarixi Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrinə söykənir. 1918-ci il noyabrın 9-da qəbul edilən bayrağımızın üç rəngi görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin irəli sürdüyü “Türkçülük, müasirlik və islamçılıq” ideyalarını ifadə edir. Cümhuriyyətin süqutundan sonra rəsmi statusunu itirən bayrağımız 1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda yenidən dövlət rəmzi kimi təsdiqləndi. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti onu Dövlət Bayrağı elan etdi. Müstəqilliyin bərpası ilə üçrəngli bayrağımız Azərbaycanın dövlətçilik varisliyinin və milli kimliyinin əsas atributlarından birinə çevrildi.”
Bu sözləri 9 noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Daha sonra fikirlərini davam etdirən millət vəkili bildirib ki, Ulu Öndər Heydər Əliyevin bayrağımızın bərpası istiqamətində atdığı addımlar milli dövlətçilik şüurunun möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyırdı: “Həmin dövrdə üçrəngli bayrağın Naxçıvanda dövlət rəmzi kimi qəbul edilməsi Azərbaycanın müstəqilliyə doğru siyasi iradəsinin ifadəsi olmaqla yanaşı, milli azadlıq ideyasının konkret qərarlarla möhkəmləndirilməsinə xidmət edirdi. Bu tarixi seçim göstərdi ki, dövlət rəmzləri yalnız keçmişin yadigarı deyil, həm də gələcək siyasi inkişafın istiqamətini müəyyənləşdirən mənəvi dayaqlardır. Heydər Əliyev Dövlət Bayrağını xalqımızın birliyini və həmrəyliyini təmin edən mühüm amil hesab edirdi. Azərbaycanın son illərdə qazandığı tarixi nailiyyətlər təsdiqləyir ki, milli birlik, dövlətə sədaqət və ortaq məqsədlər ətrafında səfərbərlik ölkənin gücünü müəyyən edən başlıca amillərdəndir. Bayrağa ehtiram da məhz bu dəyərlərin qorunması, müstəqilliyin möhkəmləndirilməsi və dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsi ilə məna qazanır. 2020-ci ildə Vətən müharibəsində əldə olunan Qələbə üçrəngli bayrağımızın tarixinə yeni və şanlı səhifə yazdı. Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın həmrəyliyi və Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi nəticəsində torpaqlarımız işğaldan azad edildi. 2023-cü ildə ölkəmizin suverenliyinin bütün ərazisində bərpası isə bu tarixi prosesin mühüm mərhələsini tamamladı. Dövlət başçısının azad edilmiş ərazilərdə bayrağımızı ucaltması Azərbaycanın öz torpaqlarına qayıdışının dönməzliyini və dövlət suverenliyinin tamlığını nümayiş etdirdi. Bu gün üçrəngli bayrağımızın hər bir bölgəmizdə dalğalanması dövlətimizin qüdrətini, xalqımızın sarsılmaz iradəsini və gələcəyə inamını ifadə edir. Onun ucaldığı hər bir məkan milli qürurumuzun, tarixi yaddaşımızın və müstəqilliyimizin təntənəsidir. Dövlət Bayrağımızın müqəddəsliyini qorumaq, onun təmsil etdiyi dəyərlərə sahib çıxmaq hər bir vətəndaşın mənəvi borcudur. Çünki bu bayraq yalnız Azərbaycanın bu gününü deyil, gələcək nəsillərin azad və suveren dövlətdə yaşamaq hüququnu da təcəssüm etdirir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-11-2026
12:16 İşsiz şəxslərə şad xəbər
11:42 Çipsi aksizli mal olacaq
10:58 FHN-dən əhaliyə çağırış