Ana Sayfa > İdman > Tarixdə ilk dəfə: 13 ildən sonra - TƏHLİL
Tarixdə ilk dəfə: 13 ildən sonra - TƏHLİL21-08-2024, 20:10. Yazar: sevinc1 |
Qarabağ” Çempionlar Liqasının pley-offuna böyükhesablı məğlubiyyətlə başlayıb. Aia.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Zaqrebdə “Dinamo”dan üç cavabsız qol buraxıb. Bu, “Qarabağ”ın tarixində Çempionlar Liqasının təsnifat və pley-off mərhələlərində ilk böyükhesablı məğlubiyyətidir. Xorvatiya səfərinə qədər 49 belə matça çıxan təmsilçimiz heç vaxt 3 və ya daha çox top fərqilə uduzmayıb. Əsas raunda qədərki 50-ci – yubiley görüşündə 10-cu məğlubiyyət alınıb. Əvvəlki 9 yenilgi bir və ya iki top fərqi ilə olub. Düzdür, “Qarabağ” Çempionlar Liqasında iki dəfə böyük hesabla da uduzub. Amma həmin matçlar təsnifat və pley-off çərçivəsindəki 50 oyun sırasında deyil. Çempionumuz qrupda “Çelsi”yə iki dəfə məğlub olub – 0:6, 0:4. Ümumiyyətlə Ağdam təmsilçisinin avrokuboklardakı böyükhesablı yenilgiləri əsasən ya əsas mərhələdə, ya da Qurban Qurbanova qədər yaşanıb. Mütəxəssisin yetirmələri təsnifat və pley-offda sonuncu ağır yenilgini nə az, nə çox – 13 il əvvəl alıb. Onda hələ “Qarabağ” çempionluq həsrəti yaşayır və Avropa Liqasında mübarizə aparırdı. 2011/12 mövsümündə “Brügge”nin qonağı olan təmsilçimiz Belçikada 1:4 hesabı ilə uduzub. Qurbanov və komandası III təsnifat mərhələsinin 2011-ci il iyulun 28-dəki görüşdən sonra qrupa qədər – yayda böyük fərqə üzülməyib. Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasında ümumilikdə 14-cü dəfə uduzub, bunun dördü qrupda qeydə alınıb. Geri dön |