Mobil versiya
Dünya çempionatı: 2 güləşçimiz finalda
Tarix: 20-08-2024 | Saat: 19:36
Bölmə:İdman | çapa göndər

Dünya çempionatı: 2 güləşçimiz finalda

İordaniyanın Amman şəhərində güləş üzrə U-17 dünya çempionatı davam edir.

Aia.Az xəbər verir ki, mundialın ikinci günündə Azərbaycan millisinin daha 5 yunan-Roma güləşçiləri mübarizəyə başlayıb.

Onlardan ikisi yarımfinala vəsiqə əldə edib.

U-17 dünya çempionatı
Yunan-Roma güləşi
4️5️ kq
Şahid Nəbiyev misirli Mohamed Eltayebə tam üstünlüklə (9:0) qalib gəlsə də, 1/4 finalda ermənistanlı Marat Atşemyana (0:9) məğlub olub.

51 kq
Turan Daşdəmirov hindistanlı Sainat Pardiyə (5:1) və amerikalı Domenik Munarettoya (9:0) qalib gələrək yarımfinala yüksəlib. O, finala gedən yolda qazaxıstanlı Yerassil Mussanla qarşılaşıb və 4:1 hesabı ilə uğur qazanıb. Turan sabah qızıl uğrunda güləşəcək.

6️0️ kq
Ayxan Cavadov ukraynalı Vadim Matrosu (4:3) və qazaxıstanlı Dosbol Şamili (2:2) məğlub edərək yarımfinala vəsiqə qazanıb. O, bu mərhələdə Pol Rani (ABŞ) ilə güləşib. 2:1 hesabı ilə qalib gələn güləşçimiz finala yüksəlib.

7️1️ kq
Yusif Əhmədli 🇦🇿 türkiyəli Kuzey İldemə tam üstünlüklə (8:0) qalib gəlsə də, 1/4 finalda rusiyalı Vladislav Bırlyaya (AİN) sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub.

9️2️ kq
Səid Paşayev 1/16 finalda yunanıstanlı Nikolaos Kavananosa tam üstünlüklə (8:0) qalib gəlib. Lakim təmsilçimiz 1/8 finalda türkiyəli Süleyman Bakıra "tuş"la uduzub.

Qeyd edək ki, bu gün yunan-Roma güləşçilərimizdən 3-ü bürünc medal görüşünə çıxacaq.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-11-2024