Ana Sayfa > İdman > Dünya çempionatı: 2 güləşçimiz finalda
Dünya çempionatı: 2 güləşçimiz finalda20-08-2024, 19:36. Yazar: sevinc1 |
İordaniyanın Amman şəhərində güləş üzrə U-17 dünya çempionatı davam edir. Aia.Az xəbər verir ki, mundialın ikinci günündə Azərbaycan millisinin daha 5 yunan-Roma güləşçiləri mübarizəyə başlayıb. Onlardan ikisi yarımfinala vəsiqə əldə edib. U-17 dünya çempionatı Yunan-Roma güləşi 4️5️ kq Şahid Nəbiyev misirli Mohamed Eltayebə tam üstünlüklə (9:0) qalib gəlsə də, 1/4 finalda ermənistanlı Marat Atşemyana (0:9) məğlub olub. 51 kq Turan Daşdəmirov hindistanlı Sainat Pardiyə (5:1) və amerikalı Domenik Munarettoya (9:0) qalib gələrək yarımfinala yüksəlib. O, finala gedən yolda qazaxıstanlı Yerassil Mussanla qarşılaşıb və 4:1 hesabı ilə uğur qazanıb. Turan sabah qızıl uğrunda güləşəcək. 6️0️ kq Ayxan Cavadov ukraynalı Vadim Matrosu (4:3) və qazaxıstanlı Dosbol Şamili (2:2) məğlub edərək yarımfinala vəsiqə qazanıb. O, bu mərhələdə Pol Rani (ABŞ) ilə güləşib. 2:1 hesabı ilə qalib gələn güləşçimiz finala yüksəlib. 7️1️ kq Yusif Əhmədli 🇦🇿 türkiyəli Kuzey İldemə tam üstünlüklə (8:0) qalib gəlsə də, 1/4 finalda rusiyalı Vladislav Bırlyaya (AİN) sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub. 9️2️ kq Səid Paşayev 1/16 finalda yunanıstanlı Nikolaos Kavananosa tam üstünlüklə (8:0) qalib gəlib. Lakim təmsilçimiz 1/8 finalda türkiyəli Süleyman Bakıra "tuş"la uduzub. Qeyd edək ki, bu gün yunan-Roma güləşçilərimizdən 3-ü bürünc medal görüşünə çıxacaq. Geri dön |