İynədən ölən qadınla bağlı - Rəsmi açıqlama
Tarix: 09-07-2024 | Saat: 13:14
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
Xəbər verdiyimiz kimi, Hacıqabul rayon sakini, 55 yaşlı İlhamə Rəhimova inyeksiyadan şoka düşərək vəfat edib.
aia.az xəbər verir ki, məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, ötən gün saat 21:00 radələrində 1969-cu il təvəllüdlü şəxs Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə müraciət edib.
“Xəstə daxil olarkən, digər həkimin yazdığı reseptə uyğun venadaxili inyeksiyanın tətbiq olunmasını xahiş edib. Növbətçi həkim reseptlə tanış olduqdan sonra tibb bacısı tərəfindən sınaq üçün inyeksiya olunub. Xəstədə anafilaktik şok halı baş verib.
Dərhal konsilium üçün həkim-anestezioloq-reanimatoloq çağırılıb. Tibbi protokola uyğun olaraq, şok əleyhinə zəruri yardımlar edilib.
Xəstənin halı anidən pisləşdiyi üçün intubasiya etmək mümkün olmayıb. Bundan əlavə, xəstəyə 35 dəqiqə müddətində ürəyin qapalı masajı, oksigen terapiya və digər zəruri yardımlar edilib. Aparılan tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, xəstədə saat 21:57-də ölüm halı qeydə alınıb”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-11-2024
22-11-2024