Mobil versiya
Avropa istehsalı olan endoprotezlər - Yeni Klinikada
Tarix: 03-06-2024 | Saat: 18:00
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Avropa istehsalı olan endoprotezlər

Hörmətli pasiyentlər, bildirmək istəyirik ki, TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinika tibb müəssisəsində icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində endoprotez (bud-çanaq və diz oynağının total artroplastikası) əməliyyatları icra olunur.

Qeyd edək ki, böyük oynaqların endoprtozeləşdirilməsi (artroplastikası) dünyada ən çox həyata keçirilən və effektiv əməliyyatlardandır. Əməliyyatda zədələnmiş və yeyilmiş oynağın hissələri süni implantlarla əvəz olunmaqla xəstələrin ağrıları azalır, oynağın funksiyası bərpa olunur və həyat keyfiyyəti yüksəlir.
Odur ki, Azərbaycan Respublikasının hər bir vətəndaşı Yeni Klinikaya müraciət etməklə

- xaricdə təhsil almış peşəkar həkim komandası tərəfindən

- icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tam ödənişsiz icra olunan

- bud-çanaq və diz oynağının total artroplastikası zamanı istifadə olunan

Avropa istehsalı olan yüksək keyfiyyətli protezlərdən yararlana bilər.

Sizi klinikamızda gözləyirik!

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə