Mobil versiya
Bakı Sağlamlıq Mərkəzi beynəlxalq tibbi turizm “UNITED MEDICAL TOURISM EXPO” sərgisində iştirak etdi -Fotolar
Tarix: 25-05-2024 | Saat: 10:33
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Bakı Sağlamlıq Mərkəzi beynəlxalq tibbi turizm “UNITED MEDICAL TOURISM EXPO” sərgisində iştirak etdi

Bakı Sağlamlıq Mərkəzi 22-23 may tarixlərində ölkəmizdə baş tutan beynəlxalq tibbi turizm “UNITED MEDICAL TOURISM EXPO” sərgisində iştirak etdi.

10 ölkədən tibb müəssisələrinin və sağlamlıq mərkəzlərinin nümayəndələri səhiyyə sahəsində ən son nailiyyətləri, xəstəliklərin qarşısının alınmasını, effektiv müalicə üsullarını, həmçinin tibb sektorunda mövcud olan ən son texnologiyaları və xidmətləri təqdim etmək üçün bu sərgidə toplandı.

Tibbi avadanlıqlar, tibbi məhsullar, tibbi turizm, tibbi təhsil, dərman vasitələri, vitaminlər və bioloji aktiv əlavələr, innovativ laboratoriya avadanlıqları, optika, stomatologiya, tibbdə informasiya texnologiyaları və s. təqdim olunduğu sərgidə dünyanın müxtəlif ölkələrindən iştirakçılar, 2000+ ziyarətşçi və 30+ tibbi turizm agenti iştirak edirdi.

Bakı Sağlamlıq Mərkəzi olaraq sərgi iştirakçılarına məhsul və xidmətlərimizi təqdim edib, potensial alıcı və tərəfdaşlar ilə işgüzar əlaqələr quraraq və industriyanın ən müasir trendləri ilə tanış olmaq şansından yararlandığımızı sizə bildirməkdən çox şadıq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-09-2024