Münasibətlərin inkişafında qarşılıqlı etimad əsasdır
Tarix: 06-05-2024 | Saat: 12:41
Bölmə:Siyasət | çapa göndər
Ölkəmiz iqtisadi, siyasi, humanitar mərkəz kimi dünyanın diqqətindədir. Müxtəlif ölkələrin təmsilçilərinin Azərbaycanda bir araya gələrək dünyanı narahat edən məsələləri müzakirə etmələri bir tərəfdən ölkəmizin sabitlik məkanı kimi nüfuz qazanmasından, digər tərəfdən isə hər bir sahədə təkmil təcrübəyə malik olmasından, reallığa əsaslanan yanaşmaları ilə mövcud problemlərin həllinə dəstəyindən irəli gəlir. Prezident İlham Əliyev hər bir çıxışında bu çağırışı edir ki, biz ədaləti və beynəlxalq hüququ müdafiə edirik. Mayın 1-də “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusuna həsr olunan VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bu kimi məqamların təqdimatında əhəmiyyətli rol oynadı. Forumda 100-dən çox ölkədən 700 nümayəndəniniştirakı mövzunun aktuallığına, Forumun əhəmiyətinə bir daha işıq saldı. Bu mühüm tədbirdə yeni dünya nizamına təhdid yaradan amillərə, təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə nəzər salındı, qarşıda duran çağırışların həlli yolları müzakirə olundu. Prezident İlham Əliyev Forumdakı çıxışına məhz bu fikirlərlə başladı: “Məmnunam ki, burada 100-dən artıq ölkənin nümayəndəsi var. Əslində, bu, 110 ölkədir. Bu, sözün əsl mənasında göstərir ki, Forum çox mühüm beynəlxalq platformadır və orada mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunur. Biz indi qısa videoçarx seyr etdik, orada “Bakı Prosesi” haqqında bəhs olunur. Əslində, biz prosesi başlayanda heç təsəvvür edə bilmirdik ki, onun nəticəsində insanları - ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətinin nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirəcəyik, bir məqsəd ətrafında toplayacağıq ki, necə edək bizim dünyamız daha təhlükəsiz olsun. Çünki bunun əsasında mədəniyyətlərarası dialoq dayanır.” Azərbaycanın yerləşdiyi coğrafi məkan ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərin iştirakçılarının say tərkibində, eyni zamanda, təmsilçiliklərində əhəmiyyətli rolunu oynayır. Müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirən Azərbaycan tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi nüfuz qazanıb.Forum iştirakçılarının çıxışlarında da Azərbaycanın malik olduğu imkanların hədəflərə doğru inamla addımlamasında əhəmiyyətli rol oynadığı xüsusi vurğulandı. Hazırkı dövrün əsas müzakirə mövzularından biri Azərbaycanın bu ilin noyabr ayında ev sahibliyi edəcəyi COP29-dur. Dövlət başçısı İlham Əliyev “Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildi. Biz indi öz rolumuzu körpülərin salınmasında görürük. Mən tariximiz, coğrafiyamız, qarşılıqlı əlaqələrimiz, Avropa təsisatları ilə olan münasibətlərimiz, eyni zamanda, coğrafi baxımdan Qərb ilə Şərq arasında yerləşməyimiz barədə söylədim ki, biz bu amillərlə çox iş görə bilərik. Hazırda biz qeyd edirik ki, əvvəlki sədrliyimiz zamanı olduğu kimi körpülər salmağa çalışacağıq” fikirlərinin davamı olaraq bildirdi ki, iqlim dəyişmələrinə aid olan məsələlərə gəldikdə, bizə maliyyə vəsaiti lazımdır. Bəli, maliyyə məsələsi öz növbəsində COP29-un əsas mövzusu olacaq. Lakin bizə həmrəylik və qarşılıqlı etimad lazımdır. Biz bir-birimizi günahlandırmalı deyilik ki, kim planetə daha çox zərbə vurub. Yaxud da qlobal istiləşməyə görə kimin daha çox məsuliyyət daşıması ilə bağlı mübahisə etməməliyik. Əgər biz bu davranışı davam etdirsək, onda bunun sonu faciə olacaq: “Mən bu yaxınlarda tərəfdaşlarımızla iqlim dəyişikliyi ilə bağlı danışdım. Bu, qaçılmazdır. Çünki biz neft hasil edən ölkəyik və dedim ki, neft-qazımızın olması bizim günahımız deyil. Başqalarının da belə təbii sərvətləri var və əlbəttə ki, onların öz təbii sərvətlərindən ölkələrinin faydası üçün istifadə etmək imkanı var. Azərbaycana gəldikdə, bu imkan nəinki Azərbaycana aiddir, biz təbii qazımızı səkkiz ölkəyə çatdıraraq onların enerji təhlükəsizliyinə töhfə veririk. Əgər biz bu gün məhz yol təchizatlarına, enerji təchizatlarına baxsaq görərik ki, onlar çox müxtəlifdir. Ona görə bizim səylərimiz körpülərin salınmasına yönələcək.” Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi Forum çərçivəsində aparılan müzakirələrin rolundan danışan BMT-nin Turizm Təşkilatının İcraçı direktoru Zoritsa Uroseviç Azərbaycanın ev sahibliyi etdiyi qlobal tədbirlərin turizm və miqrasiya sahəsində də mövcud problemlərin həllində əhəmiyyətini vurğulayaraq bildirdi ki, bu il COP29-un məhz Bakıda keçirilməsi Prezident İlham Əliyevin sadiqliyinin təzahürüdür. İlbəil bu Forum öz əhəmiyyətini tərəfdaşlığın möhkəmləndirilməsi, tövsiyələrin verilməsi, mədəniyyətlərarası dialoq çərçivəsində mühüm və aktual məsələlərin təşviqi üçün əsas platforma kimi nümayiş etdirir. Göründüyü kimi, söylənilən hər bir fikir Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və roluna işıq salır. Ölkələr arasında münasibətlərin inkişafında qarşılıqlı etimad əsasdır. Bu mühitin təmin edilməsi, münasibətlərin yeni prioritetlər üzrə inkişaf etdirilməsi hər bir məsələnin həllində birliyə, həmrəyliyə geniş imkanlar yaradır. 100-dən çox ölkədən 700 nümayəndənin Bakıda bir araya gələrək dünyanı necə təhlükəsiz görməyin yollarını müzakirə etməsi, təhlillər aparması Azərbaycana inamın və etimadın göstəricisidir.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-11-2024
27-11-2024