15 iyun 1993-cü il Böyük Zəfərə gedən yolun başlanğıc tarixi
Tarix: 10-06-2025 | Saat: 16:14
Bölmə:Siyasət | çapa göndər

Beş ildir qalib xalq olaraq bayramlarımızı, tarixi günləri Zəfər ruhunda qeyd edirik. 44 günlük İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəbhərliyi ilə rəşadətli ordumuzun yazdığı Zəfər səhifəsindən sonra uğurlarımızın davamlılığı diqqətdən kənarda qalmır. Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər və digər uğurlar öz başlanğıcını məhz Milli Qurtuluş Günündən götürür. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Azərbaycanın Günəş kimi dünyaya doğmasını təmin edən Ümummilli Lider belə bir əminliyi də ifadə edirdi ki, torpaqlarımız işğaldan azad ediləcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, bu ərazilərdə yeni həyat başlayacaq. Dahi şəxsiyyət Heydər Əliyevin keçmiş məcburi köçkünlərlə görüşlərinin birində səsləndirdiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik» fikirləri də bu inamın, əminliyin təsdiqi idi. 1993-2003-cü illərdə görülən işlər bugünkü reallıqlarımızın bütövrəsidir. Cənab İlham Əliyev Ümummilli Liderin etimadını doğrultdu, torpaqlarımızın xilaskarı kimi adını tarixmizə qızıl hərflərlə yazdırdı. Bu gün qalibyyət rəmzi olan üçrəngli Bayrağımız Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndidə, Xocalıda dalğalanır.
1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı qürur səhifəsini təşkil edir. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ümummilli Lider Heydər Əliyevin adı tarixə müstəqilliyimizin xilaskarı kimi yazıldı.
Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan 15 iyun 1993-cü il tarixindən bizləri 31 illik zaman ayırır. İllər keçdikcə bu günün əhəmiyyətini, Azərbaycanın müstəqilik tarixində rolunu daha aydın şəkildə dərk edirik. 31 il zaman baxımından böyük olmasa da, uğurların zənginliyi ilə bir əsrə bərabər yol kimi dəyərləndirilir. Hər bir önəmli hadisə, bayram tədbiri daim keçirilən yolun təhlilini bir zərurət kimi ortaya qoyur. Bu il Milli Qurtuluş Gününü fərqli şəkildə böyük sevinclə qeyd edirik. Belə ki, 9 ay bundan öncə, ötən ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi və suverenliyimiz tam bərpa edildi. Ötən ilin 20 oktyabr tarixində Azərbaycan Bayrağı Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaldıldı. Xankəndi şəhərində Zəfər paradı keçirildi. Bu il Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar dövlət başçısı İlham Əliyev Xocalı şəhərində bu rayonun ictimaiyyətinin nümayəndələri ilə görüşdü və Xocalı Soyqırımı Memorialının təməlini qoydu. Bu ilin fevralın 7-də isə müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisi üzrə növbədənkənar prezident seçkləri keçirildi. Cənab İlham Əliyevin ailə üzvləri ilə birlikdə Xocalı şəhərində səs verməsi tariximizin qürurverici hadisələri sırasında xüsusi yer tutdu. Son 9 aya yaxın müddətdə bayramlarımız, o cümlədən Milli Qurtuluş Günü suverenliyimizin tam bərpa edilməsi fonunda qeyd edilir.
Yazıya tarixi Zəfərimizə gedən yoldan deyil, məhz onun yaratdığı reallıqlarla bağlamağımız səbəbsiz deyil. Çünki bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qalib Azərbaycanın vətəndaşı olmağı ilə qürur duyur, gələcəyə böyük inamla addımlayır. Bu inamı, əminliyi yaradan təbii ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı oldu. Ümummilli Liderin möhtəşəm qayıdışı olmasaydı və Milli Qurtuluş baş tutmasaydı biz tamamilə fərqli Azərbaycanda yaşamağa məcbur olardıq. O Azərbaycan təbii ki, bugünkü uğurlu inkişaf yolunda inamla irəliləyən Azərbaycandan fərqli olacaqdı. Milli Qurtuluş Günündə iki mühüm məqama diqqət yönəldilir. Biri Azərbaycanın öz dövlət müstəqilliyini yenidən bərpa etməsidirsə, ikincisi Ulu Öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı və bu qayıdışın Azərbaycanın qarşısında açdığı imkanlardır.
Milli Qurtuluş Günundən başlanan tarixi yol uğurludur. Azərbaycanın bugünkü inkişafı, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət də Qurtuluşdan başlayır, ondan güc alır. Qurtuluşun tarixindən və ölkəmizin həyatında rolundan bəhs edərkən gözümüz önündə olan reallıqlarımıza diqqət yetirmək gərəkdir. Azərbaycanın inkişafı, davamlı iqtisadi islahatları təqdir olunur.
Ümummilli Liderin yaradıcısı olduğu, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyasının da uğurlarımızda öz payı vardır. Xalqa, dövlətə xidməti fəaliyyətinin ana xətti kimi qəbul edən Yeni Azərbaycan Partiyası yeni hədəflərin gerçəkləşməsi istiqamətində mühüm addımlar atır. Partiyanın hər bir üzvü ölkənin inkişafına öz töhfələrini verməyə çalışır. Azərbaycan tarixində qürurverici hadisələrdən biri məhz Yeni Azərbaycan Partiyasının yaradılması, gücünün günbəgün artması və ölkənin ictimai-siyasi həyatında əhəmiyyətli və özünəməxsus yer tutmasıdır. Yeni Azərbaycan Partiyasının 2021-ci ildə tarixi Zəfərimizin reallıqları fonunda keçirdiyi VII qurultayında dövlət başçısı İlham Əliyev böyük əminliklə qeyd etdi ki, YAP bundan sonra da ölkəmizdə gedən proseslərin mərkəzində olacaq. YAP ənənələri olan partiyadır. YAP-ın üzvlərinin sayı 800 minə yaxındır. Bu, böyük ordudur. Bu ordunun silahı Ulu Öndər Heydər Əliyevin ideyaları, Prezident İlham Əliyevin həyata keçirdiyi təkmil islahatlar, uğurlu siyasətdir. Qurtuluşun müəyyənləşdirdiyi yeniləşmə, müasirləşmə həyata keçirilən siyasətin əsasında dayanır. Azərbaycan hazırda bütün sahələrdə inkişaf dövrünü yaşayır. Bu inkişafın davamlılığını təmin etmək üçün dövlət başçısı İlham Əliyev biri-birindən əhəmiyyətli Fərman və sərəncamlar imzalayır, Dövlət proqramlarını təsdiqləyir.
Bu gün, Milli Qurtuluş Günündə böyük fəxrlə bəhs etdiyimiz tarixi Zəfərimiz, bütövləşən Azərbaycan 1993-cü ildən başlanan inkişaf yolunun zirvəsidir. Sübut olundu ki, ən yenilməz, məğrur xalq Azərbaycan xalqı, məğlubedilməz ordu Azərbaycan Ordusudur. 28 ildən sonra işğaldan azad edlimiş ərazilərimizdə Novruz tonqalları yandırıldı, Şuşada «Xarıbülbül» musiqi festivalı, Vaqif Poeziya Günləri ənənəsi bərpa edildi. Bu torpaqlar bizimdir və burada əbədi olacağıq.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər