Dünənin, bu günün və gələcəyin strategiyası
Tarix: 10-06-2025 | Saat: 18:41
Bölmə:Karusel / Manşet / Siyasət / Özəl / Seçilənlər-9 / İqtisadiyyat | çapa göndər

Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri
Ötən həftənin ən yaddaqalan hadisələrindən biri də iyunun 2-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un keçirilməsi oldu. Yubiley tədbirində 30 ölkədən 200-dən çox şirkətin iştirakı, yeni iştirakçılar və milli pavilyonların yer alması Bakı Enerji Həftəsinin beynəlxalq əhəmiyyətini bir daha təsdiqlədi.
Bu uğurların qazanılması heç də asanlıqla başa gəlməmişdir. 30 il bundan əvvəl baş verən proseslərə nəzər saldıqda buna şahid olmaq mümkündür.
1994-cü ildə Birinci Qarabağ müharibəsi başa çatdı, atəşkəs imzalandı və ondan bir neçə ay sonra “Əsrin müqaviləsi” bağlandı. O zaman Azərbaycan olduqca riskli bir məkan sayılırdı. Müstəqilliyimizin 3 yaşı var idi və əlbəttə ki, bir çox insan Azərbaycan haqqında nəinki məlumata malik deyildi, hətta Azərbaycanın harada yerləşdiyini belə bilmirdi. Azərbaycan digər postsovet ölkələri kimi sovet sistemindən bazar iqtisadiyyatına keçid dövrünü yaşayırdı. Lakin bu proses digər respublikalara nisbətən ağrılı keçirdi. Çünki ərazilərimizin işğalı, bir milyondan artıq qaçqın-köçkün, vətəndaş qarşıdurması investorları qorxudurdu.
Belə bir ağır məqamda Ulu Öndər Heydər Əliyevin siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimais-siyasi pərakəndəlikdən qurtardı. Məhz Heydər Əliyev dühası Azərbaycan xalqını, Azərbaycan dövlətçiliyini, Azərbaycanın iqtisadiyyatını dağılmaq, məhv olmaq təhlükəsindən xilas etdi. Ən əsası isə, bunun üçün Ümummilli liderimizə o qədər də uzun bir vaxt tələb olunmadı. Ulu öndər Heydər Əliyevin şəxsi nüfuzu və ona olan inam sayəsində 1994-cü ilin sentyabr ayında «Əsrin müqaviləsi» imzalandı. Həmin ilin dekabr ayında isə müqavilə Milli Məclis tərəfindən ratifikasiya olundu. «Əsrin müqaviləsi»nin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açdı. İlk Xəzər Neft və Qaz Sərgisi də məhz həmin dövrdə, Azərbaycanın müasir enerji strategiyasının əsasını qoyan və tarixi əhəmiyyətə malik “Əsrin müqaviləsi”nin imzalandığı ərəfədə keçirildi. Bu müqavilə ölkəmizin tarixində yeni dövr açmış, dinamik inkişafın təməlini təşkil edərək müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmlənməsi və Azərbaycanın bu gün dünyada analoqu olmayan templə davamlı inkişafı üçün zəmin yaratdı. Bununla da Azərbaycanın beynəlxalq sferada nüfuzu artmağa, yeni layihələrdə iştirakı ilə iqtisadi cəhətdən güclənmə dövrü balanmış oldu. Bir sıra beynəlxalq əhəmiyyətli sərgilər və tədbirlərə ev sahibliyi edən ölkəmizə maraq günü-gündən artmağa doğru getdikcə Azərbaycanın etibarlı tərəfdaş imici formalaşdı. Əlbəttə ki, ilk növbədə bu prosesi həyata keçirən dövlət başçısı cənab ilham Əliyev Ulu Öndərin başlatdığı siyasəti ardıcıl olaraq həyata keçirməklə bugünkü vəziyyətə nail oldu.
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak və çıxış edən cənab Prezident İlham Əliyev keçilən yola nəzər salaraq qazanılmış uğurların heç də asan başa gəlmədiyini vurğulamışdır: “Bunlar Prezident Heydər Əliyevin baxışı sayəsində mümkün oldu. O, aydın şəkildə anlayırdı ki, xüsusilə də enerji sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan – nəzərə alsaq ki, o zaman bizim iqtisadiyyatımızın ən cəlbedici sahəsi məhz enerji idi – Azərbaycan çətinliklərin öhdəsindən gələ bilməyəcək və həqiqi müstəqil dövlət ola bilməyəcək.”
Bu gün biz dünyaya enerji ixrac edirik. Halbuki 30 il bundan əvvəl enerji çatışmazlığından əziyyət çəkirdik. İndi isə enerji sahəsində ən mötəbər tədbirlər məhz Bakıda keçirilir. Bu gün neft və qazın ÜDM-də payı təqribən 30 faizdən çoxdur. Milli sərvətlərin ədalətli bölüşdürülməsi nəticəsində yoxsulluğun səviyyəsi azalıb. Güclü ordu quruculuğu nəticəsində ölkəmizin suverenliyi bərpa olunub. İnsan kapitalına və təhsilə yönələn investisiyalar gələcək rifahın əsas təminatıdır. Avrasiyanın vacib nəqliyyat qovşaqlarından birinə çevrilən Azərbaycan həm də regionun enerji xəritəsini yenidən formalaşdırır.
Regionda açıq dənizə çıxışı olmayan ölkə olduğumuza baxmayaraq, indi Azərbaycan Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilib. İnfrastruktur layihələrinə yatırılan kifayət qədər sərmayələr və nəhəng enerji layihələri sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib. Tərəfdaşlarımızla birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərinin inşa edilməsi və Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
Cənab Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, “Bizim təbii qaz ixracımız ötən il 25 milyard kubmetrə çatmışdır. Biz hasilatı artırmaq niyyətindəyik, çünki artıq müqavilələr imzalanıbdır və proses getməkdədir. İşlər planlarımıza uyğun getsə, biz 2030-cu ilədək qaz ixracını 8 milyard kubmetrə qədər artıracağıq və o, xarici bazarlara təklif ediləcəkdir.
Bununla yanaşı, imzalanmış müqavilələrə və sərmayə öhdəliklərinə əsasən, biz 2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olacağıq. Bu da bizim ümumi enerji istehsalımızın 35 faizdən çoxunu təşkil edəcək.”
Ölkə başçısının çıxışında səsləndirilən fikirlər bir daha göstərdi ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasi kursu, bu kursun və ideyaların ardıcıl, düzgün davam etdirilməsi Azərbaycanın bundan sonrakı inkişafında da mühüm rol oynayacaqdır. Çünki bu siyasi kurs dünənin, bu günün və gələcəyin inkişafını təmin edən strategiyadır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər