Mobil versiya
Mənzili olub orada yaşamayan şəxs sabit tarif ödəyəcək
Tarix: 10-06-2025 | Saat: 17:37
Bölmə:Ölkə | çapa göndər

Mənzili olub orada yaşamayan şəxs sabit tarif ödəyəcək

“Məsələn, deyək ki, vətəndaş elektrik enerjisinə ayda 5 manat pul ödəyir. Buraya elektrik enerjisinin istehsalına, onun paylanılmasına, ötürülməsinə və s. çəkilən xərclər daxildir".

aia.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Elektroenergetika haqqında” qanun layihəsinin müzakirəsi zamanı energetika nazirinin müavini Samir Vəliyev deyib.

"Yeniliyə əsasən, elektrik enerjisinə görə ödənilən vəsait iki hissədən ibarət olacaq. Məsələn, hər hansı 10 binanın 8-də yaşayış var, amma ikisində yaşayış yoxdur. Amma transformator məntəqəsi qurulmalıdır. Onun xərci tarifin içərisində olmalıdır. Yenilik ondan ibarətdir ki, onun xərci ayrılsın. Hansı ki, iki mənzildə yaşamırlar, onlar da ayda həmin sabit tarifi ödəyəcəklər. Bu, binada yaşayanların yükünü azaldır. Bu qanun layihəsinin hazırlanması zamanı beynəlxalq təcrübədən istifadə olunub”, - deyə nazir müavini bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-06-2025