Mobil versiya
Milli Qurtuluş fəlsəfəsinin banisi
Tarix: 10-06-2025 | Saat: 14:05
Bölmə:Siyasət | çapa göndər

Milli Qurtuluş fəlsəfəsinin banisi

1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan xalqı çoxəsrlik dövlətçilik tarixinə söykənərək yenidən milli azadlığına, dövlət müstəqilliyinə nail oldu. Amma müstəqilliyin qorunmasının onun əldə edilməsindən nə qədər çətin olduğunu sonrakı hadisələr bir daha təsdiqlədi. Çünki müstəqilliyimizin ilk 2 ilində bir neçə dəfə hakimiyyət dəyişikliyi yaşamış Azərbaycan xalqı səriştəsiz, milli hiss və duyğulardan uzaq üzdəniraq “liderlərin” rəvac verdikləri daxili çəkişmələrdən, vətəndaş müharibəsi təhlükəsindən, xaosdan, anarxiyadan, Ermənistanın işğalçılıq siyasətindən, nəhayət, dövlət idarəçiliyindən bixəbər iqtidarın özbaşınalığından sabaha ümidini itirmişdi. Hakimiyyətlə xalq arasında uçurum yaranmışdı. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü sonda Heydər Əliyevdən imdad istədi.

1993-cü il iyunun 9-da Heydər Əliyev, nəhayət, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Bu isə daxili və xarici düşmənlərimizin bütün planlarının pozulmasının başlanğıcı oldu.

1993-cü ilin iyunu xalqımızın və dövlətimizin taleyində yeni mərhələnin başlanğıcı oldu. Milli müstəqilliyimizə gedən tarixi yolun təməllərini yaradan xilaskar rəhbərimiz, qədirbilən xalqımızın haqlı olaraq Ümummilli Lider, Ulu Öndər adlandırdığı düha - Heydər Əlirza oğlu Əliyev xalqın çağırışına səs verərək müqəddəs bir missiya ilə Naxçıvandan Bakıya gəldi. Xilaskarlıq missiyasını həyata keçirən Ulu Öndər 1993-cü ilin iyununda ümidsizlik girdabında boğulan, müstəqilliyini itirməyin bir addımlığında olan xalqımızın nicatı, xilası missiyası ilə yenidən böyük siyasət meydanına qayıtdı. Xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və bölgədə hələ də davam edən qiyamın və qardaş qırğınının qarşısını aldı.

Xalqın təkidli tələbi ilə Heydər Əliyev iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə ölkəmiz yeni bir dövrə qədəm qoydu. Həmin gün tariximizə Milli Qurtuluş Günü kimi yazıldı. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Oktyabrın 3-də Azərbaycan Prezidenti seçilən Ulu Öndər respublikamızı böyük bəlalardan xilas etdi və inkişaf yoluna çıxardı.

Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Ümummilli Lider Heydər Əliyev problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz.”

Xalqın Ulu Öndərə olan möhkəm və sarsılmaz inamı, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti və əzəməti, eləcə də onun xalqına, Vətəninə olan sonsuz sevgisi Azərbaycanı dirçəliş və inkişaf yoluna çıxardı, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlətə çevirdi, Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini tutmağa başladı.
Ulu Öndərin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün artan və qüdrətlənən gücü ilə qürurlandığımız Azərbaycan Ordusudur. Özünümüdafiə dəstələri və könüllü batalyonlar ləğv edildi və beləliklə, Ulu Öndər Heydər Əliyev vahid komandanlığa tabe olan nizami Azərbaycan Ordusunu yaratdı. Həmin ordu isə müzəffər Ali Bsaş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın torpaqlarını işğaldan azad edərək suverenliyini bərpa etdi.

Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir.

Ulu Öndər Heydər Əliyev ideyalarını sədaqətlə, böyük inbamla və qətiyyətlə həyata keçirən cənab Prezident İlham görkəmli dövlət xadimi, böyük siyasi lider kimi Ümummillli liderin işini davam etdirir.. Yeni tarixi dövr Azərbaycanda müstəqil dövlətçiliyin daha da möhkəmləndirilməsi ilə yanaşı, həm də Azərbaycan cəmiyyətinin hərtərəfli böyük inkişafının təmin edilməsi ilə xarakterizə olunur.

İlqar Kərimov,
YAP Toivuz Rayon Təşkilatının sədr müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-06-2025