Mobil versiya
Misir Mərdanovun səhhətində problem yarandı, əməliyyat olundu
Tarix: 10-06-2025 | Saat: 15:56
Bölmə:Gündəm | çapa göndər

Misir Mərdanovun səhhətində problem yarandı, əməliyyat olundu

Sabiq təhsil naziri, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanovun səhhətində problem yaranıb.

aia.az Modern.az-a istinadən xəbər verir ki, eks-nazir xəstəxanaya yerləşdirilib və hətta əməliyyat olunub.

M.Mərdanov hazırda xəstəxanada olduğunu təsdiqləyib: “Hazırda xəstəxanadayam, amma ciddi bir əməliyyat keçirməmişəm. Bu gün xəstəxanadan çıxacağam. Səhhətimdə elə bir böyük problem yoxdur. Narahatlığa əsas yoxdur. İnşallah, sabah işdə olacağam”.

Qeyd edək ki, M.Mərdanov 1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru, 1997-1998-ci illərdə rektoru olub.
1998-ci ildən 2013-cü ilin aprelinədək Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıb.

M.Mərdanov hazırda Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş Riyaziyyat və Mexanika İnstitunun direktoru vəzifəsində çalışır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-06-2025