Mobil versiya
Putin bu qadağanın müddətini uzatdı
Tarix: 10-06-2025 | Saat: 18:00
Bölmə:Dünya | çapa göndər

Putin bu qadağanın müddətini uzatdı

Rusiya Prezidenti Vladimir Putin "Bəzi xarici dövlətlər tərəfindən Rusiya nefti və neft məhsullarına maksimum qiymətin müəyyən edilməsi ilə əlaqədar yanacaq-enerji sahəsində xüsusi iqtisadi tədbirlərin tətbiqi haqqında" fərmanın müddətini 2025-ci il dekabrın 31-dək uzadıb.

aia.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə dərc edilmiş fərmanda bildirilib.

Bu fərman ilk dəfə 1 fevral 2023-cü il tarixindən qüvvəyə minib və bir neçə dəfə uzadılıb, son dəfə - cari ilin 30 iyununadək.

Sənəd ABŞ və bir sıra digər ölkələr tərəfindən müəyyən edilmiş qiymət tavanı (“price cap”) şərti müqavilələrdə əks olunduğu təqdirdə, Rusiya nefti və neft məhsullarının xarici hüquqi və fiziki şəxslərə satışını qadağan edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-06-2025