Bakı Sağlamlıq Mərkəzində 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı tədbir keçirildi -Fotolar
Tarix: 27-04-2024 | Saat: 15:26
Bölmə:Parlament / Qərbi Azərbaycan | çapa göndər
Bakı Sağlamlıq Mərkəzimizin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı məsələlərin daim diqqətdə saxlanıldığını qeyd edərək Mərkəzimizdə bu sahədə həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, təsdiq olunmuş illik plan-qrafiki əsasında işçilərin iştirakı ilə müvafiq istiqamətdə tədbirlər, monitorinqlər və görüşlər keçirilir. Bu cür görüşlərin keçirilməsində məqsəd işçilərin sağlamlığına və təhlükəsizliyinə cavab verən əmək şəraitinin yaradılması yolunda müvafiq addımlar atmaqdır.
aia.az xəbər verir ki, tədbir Mərkəzimizin Əməyin mühafizəsi bölməsinin müdiri Ağamusa Səfiyevin çıxışı ilə davam edib. O bildirib ki, Beynəlxalq Əmək Təşkilatı tərəfindən 2003-cü ildən dünyada 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü kimi qeyd edilir. Azərbaycanda da hər il Ümumdünya Əməyin Mühafizəsi Günü xüsusi diqqət ayrılan günlər sırasındadır. Məqsəd işçilərin həyat və sağlamlığının qorunması üçün təhlükəsiz əmək şəraitinin yaradılması, qəzalarının qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi məsələsinə ictimaiyyətin diqqətinin artırılmasıdır.
Ağamusa Səfiyevin əməyin təhlükəsizliyi və sağlamlığın idarə edilməsi ilə bağlı konkret iş sahələrinə dair təlimatlar hazırladığını bildirib. Hər bir iş yerində bu təlimatlardan mütləq şəkildə istifadə olunmasının, işçilərin səhhəti, həyatı üçün risklərin qarşısı alınmasının zəruriliyi diqqətə çatdırıb. Qeyd edib ki, Bakı Sağlamlıq Mərkəzində əməyin mühafizəsi, iş yerlərində əməyin təhlükəsiz idarə edilməsi, sağlamlığın qorunması mexanizminin yaradılması ilə bağlı hüquqi-praktiki maarifləndirmə işləri aparılır.
Daha sonra əməkdaşları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb və mövzu ilə bağlı maarifləndirici videolar nümayiş olunub.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024