Mobil versiya
Azərbaycan ilk dəfə 11-ci Avropa Pediatriya Konqresində Azərbaycan Milli Sessiyasını təşkil edib -Fotolar
Tarix: 27-04-2024 | Saat: 10:53
Bölmə:Səhiyyə | çapa göndər

Azərbaycan ilk dəfə 11-ci Avropa Pediatriya Konqresində  Azərbaycan Milli Sessiyasını təşkil edib

aia.az xəbər verir ki, bu günlərdə Türkiyənin Antalya şəhərində 11-ci Avropa Pediatriya Konqresi keçirilib.

Avropa Pediatriya Assosiasiyası/Avropa Milli Pediatriya Cəmiyyətləri və Assosiasiyaları İttifaqı (EPA-UNEPSA, ARS) tərəfindən mütamadi olaraq pediatriya sahəsində çalışan həkim-mütəxəssislər üçün təşkil edilən bu konqresdə pediatriyada aktual mövzular üzrə ən son tədqiqatlar, perspektivlər və kliniki bacarıqlara dair praktiki kurslar təqdim edilib.
Avropada, həmçinin beynəlxalq miqyasda uşaq sağlamlığını qorumaq, pediatriyada olan mühüm problemlərə diqqəti artırmaq üçün bu konqresdə 60-dan çox ölkədən gələn və müxtəlif pediatriya qurumlqarını təmsil edən nümayəndə heyətləri iştirak edib.
Türkiyənin Antalya şəhərində ev sahibliyi etdiyi Avropa Pediatriya Assosiasiyasının 11-ci konqresində ölkəmizi EPA-UNEPSA-nın 12 ildən şox müddətdə üzvü olan Azərbaycan Pediatrlar Assosiasiyası təmsil edib.
Qardaş ölkə Türkiyənin bu mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etməsi və ev sahibi kimi öz müstəsna hüququndan istifadə edərək Azərbaycanın bu konqresdə təmsil olunması üçün yaratdığı şərait əsl qardaşlıq nümunəsi olaraq qürurvericidir.

Konqresdə ilk dəfə olaraq Azərbaycan Pediatrlar Assosiasiyası Azərbaycan Milli Sessiyasını təşkil edib.
Azərbaycan nümayəndə heyətində təmsil olunan APA-nın sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadənin “Tibb təhsilində bioetikanın inteqrasiyasının əhəmiyyəti”, APA-nın üzvləri – tibb üzrə fəlsəfə doktoru, dosent Ülviyyə Hacıyevanın “Uzun müddət davam edən kovid zamanı uşaqlarda miokardın tranzitor hipoksiyası”, pediatr-neonatoloq-reanimatoloq Telman Aytayevin “Xroniki xəstəliklər üçün peyvəndlər və onlar haqqında yeniliklər”, endokrinoloq İlkin Məcidovun “Anadangəlmə hipotireoz” mövzularında ingilis dilində məruzələri, eləcə də digər mütəxəssislərin təqdimatları olub.
Çıxışlardan ələvə konqresin xüsusi poster sərgisində həkimlərimizin üç poster məruzəsi də təqdim edilib. Bundan əlavə, APA üzvlərinin konqresə təqdim etdiyi üç məqalə nüfuzlu “British Medical Journal”da dərc olunub.
Konqresdə APA-nın sədri dosent Təranə Tağı-zadə “EPA-UNEPSA-nın elm medalı”nı, digər iştirakçılar 11-ci Avropa Pediatriya Konqresinə dəyərli elmi töhfəsinə görə TÜBİTAK-ın bir sertifikatı, bir təşəkkürnaməsi, eləcə də “Avropa CME”nin Sertifikatını əldə ediblər.

Azərbaycan Pediatrlar Assosiasiyası olaraq bu mötəbər konqresdə ilk dəfə olaraq Azərbaycan təmsilçiləri üçün xüsusi Milli Sessiya təşkil edilməsinə və nümayəndə heyətimizə göstərilən böyük etimada görə, Avropa Pediatriya Assosiasiyasının prezidenti, professor Massimo Pettoello Mantovani, Avropa Pediatriya EPA/UNEPSA Konqresinin prezidenti, professor Mehmet Vural, Elmi Komitənin sədri, EPA/UNEPSA-nın vitse-prezidenti, professor Hilari Hoey, Elmi Komitənin həmsədri, professor Esra Şevketoğlu, akademik Leyla Namazova-Baranova və Dr. Sir Terence Stefensona, eləcə də ölkəmizi təmsil edən iştirakçılar – dosent Ülviyyə Hacıyeva, uzman-həkimlər –Telman Aytayev, Azad Əkbərzadə, İlkin Məcidov və başqalarına uğurlu iştiraka və dəyərli məruzəyə görə öz dərin minnətdarlığımızı bildiririk.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2024