Mobil versiya
Bayram günlərində yüzlərlə şəxs xəstəxanaya yerləşdirilib - RƏSMİ
Tarix: 27-03-2024 | Saat: 11:21
Bölmə:Karusel / Qərbi Azərbaycan | çapa göndər

Bayram günlərində yüzlərlə şəxs xəstəxanaya yerləşdirilib -

Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Bu barədə TƏBİB məlumat yayıb.

Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə 20.03.2024 - 26.03.2024-cü il tarixlərində 15 763 çağırış daxil olub. Təcili tibbi yardım xidmətinə müraciət edənlərdən 1 596 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.

Daha çox 21, 22 və 23 mart tarixlərində müraciət qeydə alınıb. Belə ki, 21.03.2024-cü il tarixində müraciət sayı 2 311, hospitalizasiya olunanların sayı 247, 22.03.2024-cü il tarixində müraciət sayı 2 366, hospital olunanların sayı 214, 23.03.2024-cü il tarixində müraciət sayı 2 314, hospitalizasiya olunanların sayı isə 252 təşkil edib.

Çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif travmalar, dispeptik əlamətlər, kardioloji və respirator xəstəliklər və s. ilə bağlı olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə