Mobil versiya
İlin ən yaxşı psixoloqu Ülviyyə Qalib seçildi
Tarix: 14-03-2024 | Saat: 17:33
Bölmə:Özəl / Səhiyyə | çapa göndər

İlin ən yaxşı psixoloqu Ülviyyə Qalib seçildi

aia.az xəbər verir ki, 11 mart 2024-cü il tarixində “Nice Group” şirkətinin təşkilatçılığı və baş sponsorluğu ilə Bakının ən füsunkar istirahət məkanlarından biri olan “Meridian Park”da “Uğur Yolu” adlı mükafatlandırma mərasimi və möhtəşəm Qala-gecə keçirilib.
Birinciliyə iddialı olan, sənətinə və peşəkarlığına güvənən ən müxtəlif peşə sahibləri arasında fərqli nominasiyalarda qalibləri müəyyən etmək məqsədilə seçim aparılıb.
Layihədə ölkənin ən tanınmış həkim-psixoloqlarlndan olan Ülviyyə xanım Musazadə də iştirak edib. Öz peşəkarlığı sayəsində indiyədək çox insanları müxtəlif ciddi psixoloji problemlərdən qurtarmağı bacarmış Ülviyyə xanım müvaiq nominasiyada qalib olub. İştirakçısı və qalibi olduğu “Uğur Yolu” layihəsinin təşkilatçılarına minnətdarlığını bildirən Ülviyyə Musazadə belə yüksək peşəkar səviyyədə keçirilən tədbirlərin bütün peşə sahibləri üçün güclü stimul olduğunu vurğulayıb. Həmçinin Ülviyyə xanım “Nice Group”un rəhbərliyinə və bütün peşəkar kollektivinə, onlara yaşatdıqları bu gözəl bayrama görə, bütün iştirakçılar adından təşəkkür edib.











Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024