Mobil versiya
Bakı Sağlamlıq Mərkəzində 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib -Fotolar
Tarix: 08-03-2024 | Saat: 11:07
Bölmə:Özəl / Qərbi Azərbaycan | çapa göndər

Bakı Sağlamlıq Mərkəzində 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

Bakı Sağlamlıq Mərkəzində 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Həm QADINAM, Həm də HƏKİM” adlı tədbir baş tutdu.

Açılış nitqi ilə çıxış Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə kollektivin xanım nümayəndələrini təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzu etdi.

Azərbaycan qadınının tariximizdə oynadığı əvəzsiz rolundan, onların Vətən Müharibəsində göstərdiyi fədakarlıqlardan, ölkəmizin ictimai həyatına verdikləri töhfələrdən bəhs edən Asiman Həsənov 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə kollektivin xanım nümayəndələrini təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzu etdi.

Qeyd etdi ki, qadının ailədə, cəmiyyətdə layiqli yer tutması dövlətimizin əsas məqsədlərindən biridir. Qadın və qızlarımız dövlətin yaratdığı bütün imkanlardan yararlanır, təhsil alır, ictimai-siyasi proseslərdə fəal iştirak edir, yüksək vəzifələr tutur, sahibkarlıq sahəsində geniş təmsil olunurlar. Səhiyyədə, təhsildə, elmdə, orduda, idmanda, məhkəmə, milli təhlükəsizlik və hüquq mühafizə orqanlarında çalışırlar. Bu, Azərbaycan hökuməti və Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu dövlət qadın siyasətinin məntiqi nəticəsidir.

Azərbaycan qadınının böyüklüyü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xoşməramlı fəaliyyəti ilə hamıya örnəkdir.

Tədbirin moderatorları Nərgiz Əliyeva və Günay İsmayılovada öz növbəsində Beynəlxalq Qadınlar Günü münasibəti ilə bütün xanım həmkarlarını təbrik edib, onlara ailə səadəti, sağlamlıq, fəaliyyət göstərdikləri bu çətin və məsuliyyətli sahədə yüksək nailiyyətlər arzulayıblar.

Mərkəzimizin xanım əməkdaşlarına həsr olunan bu tədbirdə ictimai-siyasi, elmi-mədəni, sosial həyatında fəallıqları ilə seçilən, tibb sahəsində geniş və çoxşaxəli təcrübəsi ilə fərqlənən Gülnarə Ağayeva, Aygün Şahbazova və Şəhla Şabanobanın çıxışları baş tutdu.

Tədbirin qonağı ölkəmizin əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu şeirdən, poeziyadan söz açaraq, tədbir iştirakçılarına öz sənət dilində bədii qiraət edərək xoş arzularını çatdırdı və təbriklər etdi. Qadınların olduğu hər yerdə qayğı, mərhəmət, sülh, zərafət və gözəllik olduğunu vurğuladı.

Sonra isə B. Vəziroğlunun müəllifi olduğu “Qalanı xatirədir...” adlı şeir kitabı müəllif tərəfindən imzalanaraq xanımlara hədiyyə olundu.
Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanaraq yüksək əhval-ruhiyyə ilə başa çatdı.

Tədbirin sonunda mərkəzimizin xanım kollektivinə hədiyyələr təqdim olundu və xatirə şəkilləri çəkildi.

Baş tutmuş görüşdən görüntüləri Sizlərə təqdim edirik. Xoş seyrlər!

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə