Novruzəli Aslanov: “Ölkənin hərbi gücünün artırılması məsələsi daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir”
Tarix: 15-02-2024 | Saat: 17:07
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər
“Ölkə Prezidenti cənab İlham Əliyevin fevralın 14-də Milli Məclisdə keçirilmiş andiçmə mərasimində söylədiyi nitqində Azərbaycanın bundan sonrakı inkişaf perspektivləri, qarşıda duran vacib vəzifələr və xüsusilə də dövlətin xarici siyasətinin əsas prioritetləri olcaq istiqamətlər barədə önəmli açıqlamalar təqdim olunub. İlk növbədə möhtərəm cənab Prezident xüsusi olaraq vurğuladı ki, dövlətin ən başlıca hədəfi hər zaman güclü Azərbaycan olub. Əlbəttə ki, bu ifadə altında güclü və müstəqil iqtisadiyyat, qüdrətli ordu, müstəqil xarici siyasət yürütmək imkanı, milli birlik və bir çox digər önəmli amillər nəzərdə tutulur. Etiraf olunmalıdır ki, 2003-cü ildən keçən müddət ərzində möhtərəm dövlət başçımızın bütün fəaliyyəti məhz bu həyati əhəmiyyət kəsb edən amillərin təmin edilməsinə istiqamətlənmişdi. Əldə olunan möhtəşəm nəticələr isə, ötən 20 il ərzində qarşıda duran bütün vəzifələrin tamamilə və mükəmməl şəkildə yerinə yetirildiyini nümayiş etdirir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, əgər güclü Azərbaycan qurulmasaydı, əgər ölkəmiz hansısa xarici qüvvələrdən istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydı, bu zaman Azərbaycan heç vaxt öz ərazi bütövlüyünü və suverenliyini bərpa edə bilməzdi. Lakin dövlət başçımızın siyasi iradəsi, qətiyyəti, uğurlu daxili və xarici siyasəti sayəsində bütün bu hədəflərə nail olundu və bu gün artıq Azərbaycan üçün yeni dövr başlayır. Əlbəttə ki, dövlətin və cəmiyyətin bir çox aspektlərdən tamamilə yeni və daha yüksək mərhələyə keçidi ilə səciyyələnən bu dövrdə qarşıda duran vəzifələrin icrası da daha yüksək tələblər irəli sürəcək. Cənab Prezident İlham Əliyevin öz nitqində təqdim etdiyi açıqlamalar da məhz bu tələblərə cavab verəcək daxili və xarici siyasət kursunun əsas istiqamətlərini özündə ehtiva etmiş oldu.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Yeni dünya düzəninin formalaşması prosesinin planetin bir çox nöqtələrində ciddi iqtisadi-siyasi böhranlar və hərbi münaqişələr fonunda getdiyini vurğulayan deputat ölkəmizin xarici təhlükələrdən etibarlı müdafiəsinin təmin olunması üçün ordu quruculuğu işinin bundan sonra da prioritet istiqamət kimi saxlanmasının vacib olduğunu diqqət mərkəzinə gətirib: “Bu gün beynəlxalq aləmdə cərəyan edən və gündəlik müşahidə etdiyimiz hadisələr bir daha təsdiq edir ki, müasir dünyada məhz güc amili getdikcə daha çox önə gətirilməkdədir. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev hələ illər öncə bu tendensiyaya son dərəcə ciddi yanaşmağın və adekvat tədbirlər görməyin vacib olduğunu öz çıxışlarında dəfələrlə vurğulayıb. Bir çox ölkələrin yalnız son dövrlərdə hərbi sahəyə daha çox diqqət ayırmağa başladıqları halda, Azərbaycanda ordu quruculuğu işi, ölkənin hərbi gücünün artırılması məsələsi daim dövlət başçımız tərəfindən xüsusi diqqət mərkəzində saxlanılıb. Məhz bu diqqətin nəticəsidir ki, hazırda Azərbaycan güclü, ən son silah və texnologiyalarla təchiz olunmuş və ən əsası müasir döyüş təcrübəsinə saiblənmiş orduya malikdir. Bu məsələyə son dərəcə böyük önəm verən cənab Prezident İlham Əliyev öz nitqində də xüsusi olaraq vurğuladı ki, bu gün Azərbaycan Ordusu ölkəmizə qarşı törədilə biləcək istənilən təxribata dərhal adekvat cavab verməyə hazırdır və bu günlərdə Ermənistanın növbəti belə bir təxribatına cavab olaraq keçirilmiş əməliyyat bunu bir daha əyani olaraq nümayiş etdirdi. Əlbəttə ki, ölkənin xarici risklərdən effektiv müdafiəsini təmin etmək üçün tələb olunan əsas şərtlərdən biri də sərhədlərin etibarlı şəkildə qorunmasıdır. Dövlət başçımızın dediyi kimi, xüsusilə nəzərə almaq lazımdır ki, İkinci Qarabağ müharibəsindən sonra ölkəmiz həm uzun illər işğal altında olan Azərbaycan-İran sərhədinə qayıdıb, həm də Azərbaycan-Ermənistan şərti sərhədində yerləşib. Buna görə də cənab Prezident sərhəd infrastrukturunun ən müasir üsul və texnologiyalar əsasında qurulmasına xüsusi diqqət yetirir. Bu ona görə vacibdir ki, bu gün Azərbaycanın daxilində risklər yoxdur. Bütün mümkün olan potensial risklər isə, yalnız ölkəmizin hüdudlarından kənarda yerləşir və formalaşır. Məhz bu səbəbdən təhlükəsizlik tədbirlərinin bundan sonra da görülməsi dövlət başçısı tərəfindən vacib vəzifə kimi qarşıya qoyulur” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-11-2024