Aqiyə Naxçıvanlı: “Prezident İlham Əliyevin məhz Xankəndidə səs verməsi bütün anti-Azərbaycan qüvvələrə ünvanlanmış önəmli mesaj idi”
Tarix: 15-02-2024 | Saat: 11:50
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-3 | çapa göndər
“7 fevral 2024-cü il tarixində Azərbaycan xalqı növbəti dəfə öz ali iradəsini ifadə edərək öz Qalib Liderini, cənab İlham Əliyevi Ölkə Prezidenti seçdi. Bununla da Azərbaycan öz tarixinin yeni və əlbəttə ki, keyfiyyətcə daha yüksək mərhələsinə keçid etdi. Təbii ki, bu mərhələdə dövlətimizin və xalqımızın qarşısında mühüm tarixi vəzifələr durur. Fevralın 14-də Milli Məclisdə keçirilmiş andiçmə mərasimində etdiyi çıxışında cənab Prezident İlham Əliyev bu vəzifələrin mahiyyəti barədə ətraflı açıqlamalar verərək, onların uğurla həyata keçirilməsi üçün hər kəsin səfərbər olmasının və bu gün ölkəmizdə mövcud olan ümumxalq həmrəyliyinin daha da möhkəmləndirilməsinin vacibliyini vurğuladı.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Fikirlərini davam etdirən deputat bir daha keçirilmiş Prezident seçkilərinin tarixi əhəmiyyətini qeyd edərək bildirib ki, dövlət başçısının özünün məhz Xankəndidə səs verməsi bütün dünyada olan anti-Azərbaycan qüvvələrə ünvanlanmış ən önəmli mesaj idi: “Öz çıxışında cənab Prezident İlham Əliyev 7 fevral seçkilərinin önəmini bir daha vurğulayaraq bildirdi ki, bu tarixi hadisə Azərbaycanın çoxəsrlik şanlı tarixində xüsusi yerə malikdir. Əlbəttə ki, bu seçkilərin əsas özəlliyi və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, dövlət başçısının ailəsi ilə birlikdə səs vermək üçün məhz Xankəndi şəhərini seçməsi həm mənəvi, həm də siyasi cəhətdən son dərəcə böyük əhəmiyyət kəsb edən bir qərar oldu. Erməni separatçıları ölkəmizə qarşı öz qanlı cinayətlərinə ötən əsrin 80-ci illərinin sonlarında məhz bu şəhərdə başlamışdılar. Cənab Prezident İlham Əliyev isə, fevralın 7-də seçki qutusuna atdığı bülletenlə Azərbaycan ərazisində erməni separatizminin mövcudluğuna birdəfəlik son qoyulduğunu bir daha dünyaya nümayiş etdirdi və özünün də dediyi kimi, erməni separatçılarının tabutuna son mismarı vurdu.”
Daha sonra A.Naxçıvanlı Prezident İlham Əliyevin ölkənin müdafiə qabiliyyətinin bundan sonra daha da artırılmasının vacibliyi barədə səsləndirdiyi fikirlərin önəmini qeyd edərək bunları deyib: “Ölkə Prezidenti cənab İlham Əliyev 2003-cü ildən bəri öz xalqına verdiyi bütün vədləri yerinə yetirdi. Dövlət başçımızın rəhbəriliyi altında Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, həqiqətən də böyük xalqdır. Bütün dünya gördü ki, bu xalq öz taleyini özü müəyyən edir və Azərbaycan dövləti ölkə qarşısında duran problemləri heç kimin köməyi olmadan özü əsaslı şəkildə həll edir. Əlbəttə ki, bundan sonra artıq öz ərazi bütövlüyünü və tam suverenliyini bərpa etmiş Azərbaycanın qarşısında yeni qlobal vəzifələr durur. Bu baxımdan ən vacib məsələlərdən biri də Ordumuzun daha da gücləndirilməsidir və cənab Prezident İlham Əliyev öz nitqində bunu xüsusi olaraq vurğuladı. Qeyd olundu ki, bu gün Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı bütün lazımi addımlar atılır, ən müasir silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Dövlət başçımızın dediyi kimi, bu günlərdə Ermənistan tərəfindən törədilmiş yeni təxribata ordumuz tərəfindən dərhal adekvat cavab verilməsi, düşmənin layiqincə cəzalandırılması həm Ermənistan tərəfinə, həm də onlara ürək-dirək verən təhrikçi qüvvələrə bir mesaj idi ki, bizim qabağımızda heç kim dura bilməz. Bu gün dünyada gedən proseslər göstərir ki, Üçüncü Dünya müharibəsi bəlkə də artıq başlanmış hesab oluna bilər. Belə bir vəziyyətdə bir çox ölkələrin bu gün hərbi sahəyə diqqət yetirməyə başladıqları halda, Azərbaycan bunu artıq 20 ildən çoxdur ki, edir. Əlbəttə ki, bu da bizim böyük üstünlüyümüzdür. Ötən illər ərzində bu sahədə misilsiz təcrübənin, o cümlədən döyüş təcrübəsinin əldə olunması bir daha sübut edir ki, cənab Prezident İlham Əliyevin atdığı bütün addımlar ölkənin təhlükəsiz gələcəyinin təmin olunmasına dəqiq hesablanıb. Azərbaycan Ordusu təlimlərdə yox, paradlarda yox, döyüş meydanında öz gücünü göstərmişdir. Ermənistan və ona hərbi cəhətdən dəstək verənlər bilməlidirlər ki, Ordumuzu bundan sonra heç nə dayandıra bilməz və bu Ordu ölkəmizə qarşı meydana çıxa biləcək istənilən hərbi təhdidləri dərhal aradan qaldırmağa tam qadirdir” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-11-2024