Mobil versiya
Fatma Səttarova Bakı Sağlamlıq Mərkəzində göstərilən tibbi xidmətlərin səviyyəsindən tam razılığını bildirib -Fotolar
Tarix: 13-02-2024 | Saat: 17:33
Bölmə:Özəl / Səhiyyə | çapa göndər

Fatma Səttarova Bakı Sağlamlıq Mərkəzində göstərilən tibbi xidmətlərin səviyyəsindən tam razılığını bildirib

Azərbaycan Respublikası Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı 102 yaşlı Fatma Səttarova Bakı Sağlamlıq Mərkəzində müalicə alır.

aia.az xəbər verir ki, ikinci Dünya müharibəsi veteranı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri 102 yaşlı Fatma Hüseyn qızı Səttarova “dərin venaların trombozu” diaqnozu ilə ağır vəziyyətdə mərkəzimizə müraciət etmişdir. Müxtəlif şikayətlərdən əziyyət çəkən xəstəmiz tətbiq olunan müalicələrdən sonra qısa zaman ərzində şikayətlərindən azad olmuş şəkildə, sağlamlığına qovuşdu.

Gəldiyi ilk gündən Fatma Səttarovanın müalicəsi Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov tərəfindən nəzarətə götürülmüşdür. Bugün isə müalicənin sonlarına doğru xəstənin ümumi vəziyyəti ilə yaxından tanış olmaq üçün Asiman Həsənov palatanı ziyarət edərək, Fatma anamızla həmsöhbət olublar.

Bakı Sağlamlıq Mərkəzinin terapiya şöbəsinin rəhbəri Zakir Quliyev, damar cərrahı Əşrəf Həsənzadə və radioloq Cavid Əhmədov müalicəsinini apardığı Fatma Səttarova yaxın günlərdə evə yazılacaq.

Bu uğurlu komanda işi sayəsində sağlamlığına qovuşan Fatma anamız müalicəsində əməyi keçən bütün komanda üzvlərinə təşəkkürünü bildirərək və dedi ki, həkimlərin qayğı, səmimiyyəti də bir müalicə vasitəsidir. Fatma Səttarova Bakı Sağlamlıq Mərkəzində göstərilən tibbi xidmətlərin səviyyəsindən tam razılığını dilə gətirərək, xalqımızın sağlamlığının keşiyində duran tibb ocağının fəaliyyətində uğurlar arzu etdi.

Qeyd edək ki, İkinci Dünya müharibəsinin unudulmaz, hər zaman böyük qayğı və sevgi ilə yad edilən veteranlarından olan Fatma Səttarovanın ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük xidmətləri var. Həmçinin, Fatma Səttarova “İstiqlal” ordeni ilə təltif edilib.

İkinci Dünya müharibəsi illərində Vətənə hədsiz sevgi, şücaət və əsl mərdlik nümayiş etdirən veteran Fatma anamıza sağlam həyat arzu edirik.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024