Mobil versiya
Nazir gəncləri təbrik etdi
Tarix: 02-02-2024 | Saat: 10:33
Bölmə:Gündəm | çapa göndər

Nazir gəncləri təbrik etdi

İqtisadiyyat naziri Mikayıl Cabbarov 2 fevral – Azərbaycan Gəncləri Günü münasibəti ilə ölkənin gənc vətəndaşlarını təbrik edib.

aia.az xəbər verir ki, nazir təbrikini "X" sosial şəbəkəsindəki hesabında çatdırıb.

"Gənclərimizin vətənpərvərliyi, ictimai-siyasi həyatdakı fəal mövqeyi, peşəkar kadr potensialının formalaşmasında yaxından iştirakı və beynəlxalq müstəvilərdə ölkəmizi yüksək səviyyədə təmsil etməsi qürurvericidir. Onların iqtisadi fəallığının artırılmasına, gənc sahibkarlara dəstək fəaliyyətimizin mühüm istiqamətlərindəndir. Bugünkü əlamətdar tarix münasibətilə gənclərə təbriklərimizi çatdırır, firavanlıq, uğurlar və yüksəliş arzulayırıq", - deyə o qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025